Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəmanı Nofəl Quliyevin doğum günü münasibəti ilə anım tədbiri keçirilib

Şirvan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin doğum günü münasibəti ilə anım tədbiri keçirilib...

Birinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyevin doğum günü münasibətilə 4 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində anım mərasimi keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhərmanın vaxtilə məzunu olduğu, hazırda adını daşıyan 9 nömrəli tam orta məktəbin müəllim və şağirdləri Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Nofəl Quliyevin büstü ziyarət olunub, ruhuna dualar oxunub. Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan sinif otağına baxış keçirilib. Sinifdə təhsil alan şagirdlər Milli Qəhrəman haqqında geniş məlumat veriblər.

Tədbir akt zalında davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin gənc nəslin vətənpərvər, cəsarətli yetişməsindəki əhəmiyyətindən danışıb. Dövlət səviyyəsində şəhid adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən bəhs edib. Vətən, torpaq uğrunda canından keçənlərin həmişə qədirbilən xalqın qəlbində yaşayacağını vurğulayıb. Nofəl Quliyevin və Birinci Qarabağ müharibəsinin digər şəhid və qazilərinin qəhrəmanlıq irsinin, düzgün təbliğinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində bütün Azərbaycan gənclərinin səfərbər olduğunu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda birləşərək torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdırıb.
9 nömrəli tam orta məktəbin direktoru Güllü Rzayeva, Milli Qəhrəman Nofəl Quliyevin tarix müəllimi Xalid Səlimov Nofəlin keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildiriblər. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünü qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adının verildiyini, təhsil aldığı orta məktəbin onun adını daşıdığını, Şirvan şəhərində büstü qoyulduğunu diqqətə çatdırıblar. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, öz Vətəni uğrunda canından keçən şəhidlərimizi tanıması və onlarla qürur duyması üçün məktəb kollektivinin mütəmadi olaraq qəhrəmanlara həsr olunmuş tədbirlər keçirdiyini, əlamətdar günlərdə müəllim və şagird kollektivinin iştirakı ilə Şəhidlər Xiyabanının ziyarət olunduğunu qeyd ediblər.

Tədbirin sonunda 9 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Nofəl Quliyevə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar