Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Arzular…” adlı tədbir – sərgi keçirildi

Sərgi oktyabrın 10-a qədər davam edəcək...

Oktyabrın 4-də saat 12:oo - da Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Arzular…” adlı tədbir – sərgi keçirildi.

Müasir tariximizə qızıl hərflərlə yazılan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən artıq iki il ötür. 30 il gözlənilən bu möhtəşəm zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusunun və xalqının həmrəyliyi nəticəsində əldə olundu. 44 gün davam edən haqq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs etdilər. Bildirildi ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar.

Sonda tədbir iştirakçıları polkovnik-leytenant Abdurahmanov Əfqan, mayor Kərimov Tofiq, tibb xidməti leytenantı Xəlilbəyli Turqut , Əfəndiyev Adil, gizir Səmədov Nicat, Qasımov Təbriz, əsgər Həsənov Sərxan, Babayev Mustafa, Mehdiyev Seymura məxsus, muzeyin fondlarında qorunub saxlanılan 120-ə yaxın müxtəlif şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış oldular.
Tədbirdə şəhid ailələri, Milli Aviasiya Akademiyasının tələbələri, “Böyük Qayıdış ”, “Əbədi Birlik” Gənclər İctimai birliklərinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Sərgi oktyabrın 10-a qədər davam edəcək.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar