Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnformasiya savaşında ölkəmizə qarşı aparılan kampaniyalar...

Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə aparan dairələr Ermənistandan Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün istifadə edirlər...

Politoloq: “Ermənilər hər hansı uydurmanı belə real hadisə kimi qələmə verib, aparıcı ölkələrdə ictimai rəydə əks-səda yarada bilirlər. Bu dəfə də istisna olmadı və Ermənistanın təxribatçı hərbi əməliyyatlarının fərqli məzmunda təqdim edilməsinə böyük miqyasda işlər görülür”.

“Ölkə daxlində bəzi ictimai fəal adlandırılan şəxslərin guya Azərbaycanın başqa ölkənin sərhədlərini pozması kimi fikirlər səsləndirməsi özlərinin bağlı olduqları siyasi maraqların ifadəsidir”.

Bu sözləri politoloq Zaur İbrahimli son günlərdə Azərbaycana qarşı aparılan informasiya kampaniyasını PİA.az-a şərh edərkən qeyd edib.

12-14 sentyabr tarixlərində Ermənistanın törətdiyi təxribatdan sonra informasiya sahəsində ölkəmizə qarşı ciddi kampaniya başlayıb. Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə aparan dairələr Ermənistandan Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün istifadə edir. Ancaq biz bu mərhələdə həm də ölkə daxilində və xaricdə düşmən dəyirmanına su tökən azərbaycanlıları gördük. 30 il müddətində ermənilərin təcavüzünə və hərbi cinayətlərinə şahidlik edən, necə deyərlər, “sapı özümüzdən olan baltalar” da Azərbaycanı Ermənistana təcavüz etməkdə günahlandırırlar. Təbii ki, həmin həmyerlilərimizin kimlərinsə, hansısa güclərin kampaniyasında yer alımaq, orda görünmək həvəsi daha çox şəxsi maraqlardan doğur. Lakin bu şəxsi maraqlar Azərbaycanın əleyhinə işləyən faktora çevrilir.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Vətəndaşlıq borcunu unudanlar vətəni də, mənsub olduğu xalqı da unudurlar”.

Təbliğat və informasiya savaşı sahəsində ermənilərin 300 illik təcrübələrinin olduğunu və təcrübənin ermənilərə üstünlük saxladığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, onların böyük ölkələrdə oturuşmuş diaspor təşkilatları, lobbi qrupları formalaşıb:

“Ermənilər, dünya erməniliyi, Azərbaycan və Türkiyəyə qarşı ilk olaraq məhz informasiya cəbhəsində savaş açıblar. Son üç yüz ildə bütün dünyada durmadan, “xristian erməniləri müsəlman ölkələrin əsarətindən xilas etmək” çağırışı ilə təbliğat aparıblar və təbliğatın başında erməni kilsəsi dayanıb. Ermənilər özlərini Türkiyə və Azərbaycan tərəfindən guya əzilən, öz mövcudluğu uğrunda mübarizə aparan, əzabkeş xalq kimi qələmə veriblər. Müxətlif tarixi şəraitlərdə onların Türkiyəyə, Azərbaycana qarşı bu təbliğatı geosiyasi maraqlar kontekstində böyük dövlətlər, ələxüsüs Rusiya, zaman-zaman Fransa, hətta ABŞ və bir sıra hallarda Britaniya tərəfindən dəstəklənib.

Bu üç yüzillik təcrübə ermənilərə bu sahədə üstünlüklər verir. Onların böyük ölkələrdə oturuşmuş diaspor təşkilatları, lobbi qrupları formalaşıb. Həmçinin, xristian təssübkeşliyi oyatmaq üçün apardıqları xüsusi təbliğat da zaman-zaman öz bəhrəsini verib. Həmçinin, Rusiyanın ermənilər üçün Gülüstan və Türkmənçay müqavilələrindən sonra Qafqazda məskunlaşması üçün münbit şərait yaratması, onlara xüsusi imtiyazlar verilməsi, hətta çox uzun müddət elə erməni təbliğatını aparması da öz güclü təsirini göstərib. Bu baxımdan ermənilər hər hansı uydurmanı belə real hadisə kimi qələmə verib, aparıcı ölkələrdə ictimai rəydə əks-səda yarada bilirlər. Bu dəfə də istisna olmadı və Ermənistanın təxribatçı hərbi əməliyyatlarının fərqli məzmunda təqdim edilməsinə böyük miqyasda işlər görülür.

Zaur İbrahimli: “Zaman keçdikcə ermənilərin törətdiyi vəhşiliklər, müharibə və insanlıq əleyhinə cinayətlərlə daha geniş audiroriya tanış olur, faktları isə təkzib etmək mümkünsüzdür”.

Azərbaycan da, xüsusən son on ildə əks-təbliğat aparır, diaspor fəaliyyəti gücləndirilir, lobbiçilik işi aparılır. Lakin bu sahədə ermənilərlə rəqabət aparmaq o qədər asan deyil. Son 30 ildə erməniəri təqdimatında həqiqət kimi qəbul edilən yalanları puç etmək üçün davamlı səylər, enerji və zaman tələb olunur. Bununla belə, bu istiqamətdə Azərbaycan və Türkiyənin səylərinin əlaqələndirilməsi, rəsmi Bakının uğurlu diplomatiyası, ölkəmizin starteji dəyərinin artması ermənilərin təbliğatının təsirini azaltmağa imkan verir. Həmçinin, zaman keçdikcə ermənilərin törətdiyi vəhşiliklər, müharibə və insanlıq əleyhinə cinayətlərlə daha geniş audiroriya tanış olur, faktları isə təkzib etmək mümkünsüzdür. Azərbaycan mütəmadi olaraq əkstəbliğat fəaliyyətlərini nəzərdən keçirməli, yeni şərtləri nəzərə almalı və ən vacib səylər davamlı, ardıcıl olmalıdır.

Ölkə daxlində bəzi ictimai fəal adlandırılan şəxslərin guya Azərbaycanın başqa ölkənin sərhədlərini pozması kimi fikirlər səsləndirməsi isə özlərinin bağlı olduqları siyasi maraqların ifadəsidir. Xüsusən nəzərə alsaq ki, Azərbaycan Ermənistan sərhəddində delimitasiya və demarkasiya aparılmayıb, İrəvan bundan boyun qaçırır, bu xüsusatları nəzərə almadan ittihamlara çıxış etmək milli maraqlara qarşı çıxmaqdır, Azərbaycan xalqının haqq mübarizəsinə, iradəsinə qarşı çıxmaqdır. Əlbətdə, hər kəsin söz və ifadə azadlığı var. Bununla yanaşı vətən, dövlət qarşısında vətəndaşlıq borcu da var. Vətəndaşlıq borcunu unudanlar vətəni də, mənsub olduğu xalqı da unudurlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar