Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “İşğaldan azad edilmiş ərazilərimizdə BOEM-in inkişafı istiqamətində işlər aparılır”

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı istiqamətində işlər aparılır ki, bu da gələcəkdə onun Avropaya ixracından danışmağa imkan verəcək”.

PİA.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov hər il oktyabrın 3-də qeyd olunan və Almaniyanın milli bayramı olan Almaniya Birliyi Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya ilə əlaqələrə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın mühüm iqtisadi tərəfdaşıdır: “Belə ki, bu ilin 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 170 milyon ABŞ dollarına çatıb. Bundan başqa, Azərbaycan və Almaniya enerji sahəsində mühüm tərəfdaşlardır. Məsələn, Aİ Cənub qaz dəhlizinin (CQD) həyata keçirilməsini həmişə dəstəkləyib”.

Öz növbəsində, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bu il Almaniyanın Birlik Gününün 32-ci ildönümünün qeyd olunduğunu bildirərək Almaniyanın uzun müddətdən sonra yenidən birləşmək baxımından şanslı olduğunu vurğulayıb.

“Almaniya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edir və bu müddətdə ölkələrimiz arasında əlaqələrin necə inkişaf etdiyini görmək sevindirici haldır”. O əlavə edib ki, yaxın illərdə ölkələrimiz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə qadirdir.

R.Horleman pandemiya səbəbindən son 3 ildə belə tədbirlərin keçirilməsinin qeyri-mümkün olduğunu da qeyd edib və əlavə edib ki, o, Azərbaycanda yeni səfir kimi ilk dəfədir bu günü qeyd edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar