Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirov: “Azərbaycanı beynəlxalq təcridetmə təhlükəsi gözləmir”

Fərhad Məmmədov: “Azərbaycan dünyada tək qalmayıb”...

Azərbaycanla Ermənistan arasında 13-14 sentyabr döyüşlərindən sonra beynəlxalq arenada, xüsusilə ABŞ və Fransa rəsmilərinin, qanunverici orqanlarının nümayəndələrinin fəallaşması nəzərə çarpdı.

Bu xüsusda Konqressin nümayəndələr palatasının spikeri Nensi Pelosinin Yerevana səfəri də katalizator rolunu oynadı. ABŞ və Fransa tərəfindən Azərbaycana münasibətdə “aqressor” ifadəsi də işlədildi.

Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da qanunvericilik səviyyəsində Azərbaycana qarşı sənəd qəbul edilməsi təşəbbüsü var.

Təbiidir ki, belə olan halda Azərbaycanda ölkənin beynəlxalq təcridə düşməsi təhlükəsi ilə bağlı müəyyən ehtimallar irəli sürüldü. Belə təhlükəni qeyd edənlər İkinci Qarabağ müharibəsindən sonra əldə edilən hərbi və diplomatik üstünlüyün geri verilə bilməsindən ehtiyatlandıqlarını bildirdilər.

“Vaşinqton Bakıya həddən artıq ciddi təzyiq göstərmək istəsəydi, İlham Əliyevlə son ayda bir neçə dəfə danışmaq istəməzdi”

İsveçrədə mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov yaranmış situasiyanı Meydan TV üçün şərh edərkən deyib ki, Azərbaycanı təsridedilmə təhlükəsi gözlədiyini düşünmür. Onun fikrincə, söhbət Azərbaycana simpatiya, yaxud qeyri-simpatiyadan yox, regionun əhəmiyyətindən gedir.

“Əsas güclər regionu öz təsir dairələrində saxlamağa çalışırlar. Bu, ona gətirib çıxarır ki, tərəflər təzyiqdən daha çox dialoq mühiti yaratmaq istəyirlər. Buna görə də təcridedilmək dialoq mühitini nəzərdə tutmur. Bəli, iradlar səslənir, amma gözləmirəm ki, bu iradlar təzyiq və ardınca təcridedilmə ilə bitsin. Sadəcə, onlar öz məqsədlərini dəqiqləşdirmək üçün BakıYerevanla danışıqar aparırlar”, – o deyib.

Rauf Mirqədirov hesab edir ki, Vaşinqton, yaxud kollektiv Qərb Bakıya həddən artıq ciddi təzyiq göstərmək istəsəydi, İlham Əliyevlə son ayda bir neçə dəfə danışmaq istəməzdi.

“Mən Makron və Blinkeni nəzərdə tuturam. Bir daha deyirəm, narazılıq və iradlar var, amma bunların məqsədi Azərbaycana təzyiqdən daha çox, iki ölkə arasında müəyyən dialoq mühitinin yaradılmasına yönəlib”, – siyasi icmalçı bildirib.

Konkret olaraq sentyabr döyüşləri ilə bağlı münasibətə gəldikdə isə, ekspert qeyri-adi beynəlxalq reaksiyanın olmadığını dedi. O, buna səbəblərdən biri kimi dünyanın diqqətinin daha çox Ukraynayada olmasını gətirdi.

“Amma bununla yanaşı Cənubi Qafqaz da diqqət mərkəzindədir. Hal-hazırda beynəlxalq reaksiyanın əsas məqsədi Cənubi Qafqazda sülh, sakitlik və əməkdaşlıq mühitinin yaradılmasıdır. Ona görə də əsas güc tərəflərin hansınınsa günahkar çıxarılması, yaxud hansı ölkəyə təzyiq göstərilməsinə yönəldilməyib. İndi diqqət danışıqların bərpası və sülh sazişinin imzalanmasına yönəlib”, – o vurğulayıb.

Siyasi icmalçının qeyd etdiyinı görə, regiona çox güclü maraq var, strateji baxımdan regionun nəqliyyat və enerji daşıyıcıları üçün tranzit qovşağının keçirilməsi məsələsi dayanır.

“Geniş mənada regionun dəhlizə çevrilməsi nəzərdə tutulub. Bunun üçün məhz Ermənistanla Azərbaycan arasında sülh və əməkdaşlığın yaradılması lazımdır. Nəhayət, reaksiyanın məqsədi mümkün qədər Rusiyanın təsirini azaltmaqdır. Ona görə də beynəlxalq güclər daha çox ehtiyatlı davranmağa çalışırlar”, – o hesab edir.

“Təzyiqlərə davam gətirmək üçün Azərbaycanın həm diplomatik, həm də digər sahələrdə resursları kifayətdir”

Politoloq Fərhad Məmmədov da hesab edir ki, təcridedilmə təhlükəsindən danışmaq düzgün deyil, çünki adıçəkilən dövlətlərin bəyanatlarından başqa heç bir digər formada qərarlar yoxdur.

Meydan TV ilə fikirlərini bölüşən ekspert vurğulayıb ki, Azərbaycan ABŞ-nın mövqeyinin aydınlaşdırılması üçün müəyyən işlər görüb.

“Biri var Vaşinqtonda kimsə bəyanatlar verir, biri də var masa arxasında beynəlxalq hüquq səviyyəsində bütün məsələlər müzakirə olunur. Fikir verin, Vaşinqtonun ritorikasında da artıq müəyyən yumşalmalar var”, – o deyib.


Ümumilikdə sentyabr döyüşlərinə beynəlxalq reaksiyaya gəldikdə isə, politoloq vurğulayıb ki, 20 ildir Ermənistanı dəstəkləyən dövlətlər yenə özlərini nümayiş etdirirlər.

“Fransa, Yunanıstan, Hindistan və müəyyən dərəcədə ABŞ. 25 ildir Ermənistanı aqressiv və işğalçı dövlət adlandırmayan ölkələr indi Azərbaycanı ittiham edirlər. Həm diplomatik səviyyədə, həm də digər sahələrdə Azərbaycanın resursları kifayətdir ki, bu təzyiqlərə davam gətirsin”, – Fərhad Məmmədov bildirib.

Bundan başqa, politoloq Azərbaycanın dünyada tək qalmadığını deyib:

“Sadaladığım dövlətlər dünyada heç 10 faiz də təşkil etmir. İkincisi, tək qalsaydı KTMT də fikrini bildirərdi. Biz daha çox ikitərəfli münasibətlərə üstünlük verdiyimiz üçün tərəfdaş olduğu ölkələrin mövqeyi əhəmiyyətlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar