Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nostradamus 2022-ci il üçün nələri proqnoz edib?

Fransız astroloqu Nostradamus 1555-ci ildə nəşr olunan “Les Propheties” kitabında, Rusiya-Ukrayna müharibəsi və Kraliça II. Elizabetin ölümünü proqnozlaşdırmışdı. 2022-ci ilin sonuna aylar qalsa da, Nostradamusun bu il üçün proqnozları yenidən diqqət mərkəzindədir. Belə ki, o, 2022-ci ildə Üçüncü Dünya Müharibəsininin olacağını da qeyd etmişdi.

1503-cü ildə dünyaya gələn fransız münəccim 1555-ci ildə bəşəriyyətin gələcəyi ilə bağlı proqnozlarını 932 dördlük şeir formasında yazmışdı. O, Londonda baş verən böyük yanğını, Adolf Hitlerin gəlişini və Con Kennedinin öldürülməsini öncədən proqnozlaşdırmışdı. Məşhur görücünün 2022-ci il üçün proqnozları iqlim böhranı, müharibə, dünyaca məşhur liderin ölümü və qida böhranını əhatə edirdi.

2022-ci ildə ölkələrin iqtisadi çətinliklərlə üzləşəcəyini qeyd edən Nostradamus kitabında bu proqnozu verib: “Öyrənməli baş kahinlər, rahiblər və naşılar yoxdur. Arı mumu, mumdan qat-qat baha başa gələcək. Buğdanın qiyməti çox yüksəkdir. Çarəsizlik yemək yoldaşdır”…

Görücünün 2022-ci il üçün üçüncü proqnozu dünyada iqlim böhranı ilə bağlı idi. Nostradamus deyirdi: “Baş günəş kimi parlayan dənizi yandıracaq. Qara dənizin canlı balıqları az qala qaynayacaq. Rodos və Genuya yarı ac qalacaq. Yerli insanlar onları kəsmək üçün çox çalışacaqlar”.

2022-ci il üçün Nostradamus, bir kralın öləcəyini bildirən “Birinci personaj qəfil öləcək və başqası sənin krallığına gələcək” sətirlərini yazmışdı. Kraliça II Yelizavetanın 8 sentyabr 2022-ci ildə vəfat etməsi peyğəmbərliyin yerinə yetməsi kimi şərh edildi.

Nostradamusun ən diqqətçəkən proqnozu, başqa bir münaqişəni vurğulayan Üçüncü Dünya Müharibəsi ilə bağlı proqnozu idi. Ukraynadakı müharibə Nostradamusun 2022-ci ilin sonuna qədər baş verəcəyini proqnozlaşdırdığı yeganə münaqişə deyil. O, deyirdi : “Göy baş ağ başa zərər verər. Fransa hər ikisi ilə mübarizə aparacaq”.

Nostradamus Fransanın işğalını proqnozlaşdırdı. Onun bu proqnozu Üçüncü Dünya Müharibəsi kimi şərh edilib.(Bizimyol.info)

pia.az


Etiket: Nostradamus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar