Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hərbçiləri ötən gecə Rusiyanın İran istehsalı 5 dronunu məhv edib

Oktyabrın 2-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronunu məhv edib...

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri dəfələrlə İran PUA-larını məhv edib. Belə ki, sentyabrın 28-nə olan məlumata görə, Ukraynanın hava hücumundan müdafiəsi artıq 22 kamikadze-dronunu vurub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar