Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quba Soyqırımı Memorial Kompleksinə təhlükə yaradan evlərin tikintisi dayandırıldı

Tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb...

"Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir. Bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığımıza baxmayaraq yaşayış evlərinin tikintisi başlanıb".

PİA.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. 

Bildirilib ki, tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyildir. Hazırda Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir.

Xidmətdən bildirilib ki, tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar