Çərşənbə, 07 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taxıl dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır - Video

2022-ci il ərzində iki dəfə Azərbaycanda taxıl məhsullarının qiyməti artırılıb...

Qiymət artımı dünya bazarlarındakı bahalaşma ilə izah olunurdu. Taxılın dünya bazarında qiymətində son 3 ayda ucuzlaşma müşahidə olunur. Amma bu prosesin ölkədəki qiymətlərə təsiri görünmür.

PİA.az Toplum.tv-yə istinadən xəbər verir ki, ekspert Vahid Məhərrəmov bunun ölkədəki taxıl sektorunun inhisarlaşdırılması ilə əlaqələndirir.

O, daxili bazara nəzarəti həyata keçirən qurumların taxıl şirkətlərinə təsir edə bilmədiyini deyir.

Bildirir ki, bu şirkətlərin arxasında yüksək vəzifəli məmurlar durur. Əziyyəti isə əhali çəkir. Onun fikrincə, buğdanın ucuzlaşması və keyfiyyətinin artması üçün hökumətin ciddi addımlarına ehtiyac var.

Millət vəkili Vahid Əhmədov deyir ki, dünya bazarında ucuzlaşma davam etsə, bu daxili bazara təsir edər. Amma hələ ki ciddi ucuzlaşmadan söhbət getmir.

Vahid Məhərrəmovun sözlərinə görə artıq ciddi ucuzlaşma barədə danışmaq olar:

“İyun, iyul, avqust aylarında dünyada buğdanın qiymətində çox ciddi enmə var. Birinci ayda orada 4.7-di, ikinci ayda 14.4-dü, yəni belə götürəndə, iyun, iyul, avqust aylarını götürəndə, üçüncü ayda da 5.1 fazidi. Yəni ümumilikdə götürəndə ciddi enmə var”.

Azərbaycanda taxılın hazırki qiyməti 1 il öncəkidən 16-17 faiz bahadır. Un və çörəyin qiyməti isə ötən ilkinə nisbətdə 50 faiz bahalaşıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kölgə iqtisadiyyatı”na qarşı sərt yol seçildi - DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi

Vasif Talıbovun dövlətimizə qarşı sensasion sərəncamı

Beyləqanda 4 nəfəri qətlə yetirən Fuadın - Fotoları

Rusiyada raket ehtiyatı nə qədərdir və onlar hansı zamana tükənəcək?

Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq

Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - Yenilənib

DÇ-2022: Portuqaliya - İsveçrə oyununda üçüncü qol

Şəkər xəstələri üçün ən faydalı superqida

Bakı Baş Polis İdarəsi tikinti şirkətindən dərmanlar alacaq - Təfərrüat

Ən çox oxunanalar