Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik...

"Neftçi" haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar".

Bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bugünkü derbinin çempionatın səviyyəsinə yaraşan qarşılaşma olduğunu bildirib: "Mənim üçün əlamətdar gün idi. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. Çox maraqlı oyun oldu. İlk hissədə, demək olar ki, rəqibə imkan vermədik. Özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni senari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq".

Onun sözlərinə görə, ilk hissədə də üstünlük "köhlən atlar"ın tərəfində olub: "Həm qapı istiqamətində zərbələr, həm də real qol imkanları baxımından rəqibi qabaqladıq. Sadəcə, "Neftçi" birinci yarıda qol vurmağa nail oldu. İkinci hissədə isə rəqibin hücumlarının qarşısını ala bildik. İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Oyun ərzində aralarında gərginlik olan futbolçular final fitindən sonra əl verib görüşdülər. Bu da hər iki tərəfin adına yaraşacaq jest idi".

Qarayev deyib ki, bugünkü qələbə növbəti oyunlara daha ciddi hazırlaşmaqlarına səbəb olacaq: "Çünki digər rəqiblər "Neftçi"yə qalib gəldiyimizi görüb, bizimlə matça daha ciddi hazırlaşacaqlar. Eləcə də "ağ-qaralar" bizdən revanş almaq üçün bütün imkanlardan istifadə edəcək".

Təcrübəli oyunçu belə matçlar üçün darıxdığını söyləyib: "Düşünürəm ki, belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik".

O, Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IIII tur qarşılaşmasına da toxunub: "Açığı, "Neftçi" ilə oyunadək digər matçlar haqqında düşünməmişdik. Yəqin, baş məşqçimiz sabahdan növbəti rəqiblə bağlı fikirlərini bizimlə bölüşəcək. Bizi çətin səfər görüşü gözləyir. "Olimpiakos" azarkeşlərinin qarşısında oynayacaq. Çılğın fanatları var. Oyun planında nəyə qadirdirlər, bunları sabahdan analiz edəcəyik".

pia.az


Etiket: Qara Qarayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar