Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: “Şimal axını” qəzası tarixdə ən böyük metan sızmasına səbəb ola bilər”

Vəziyyət həqiqətən pisdir, çox güman ki, bu, indiyə qədər aşkar edilmiş ən böyük emissiya miqdarıdır...

“Baltik dənizində “Şimal axını” qaz kəməri sistemində baş verən qəzalar tarixdə ən böyük metan sızması ilə nəticələnmiş ola bilər. Bu, iqlim təhlükəsizliyinə zərərdir”.

Bu barədə BMT-nin Ətraf Mühit Proqramı üzrə nümayəndə heyətindən bildirilib.

Beynəlxalq Metan Emissiyaları Rəsədxanasının tədqiqatçıları bu həftə peyk görüntülərinin analizi zamanı yüksək konsentrasiyalı metandan ibarət böyük bir şleyf aşkar ediblər. Bu, karbon qazından daha güclü, lakin daha az “davamlı” olan istixana qazıdır.

“Vəziyyət həqiqətən pisdir, çox güman ki, bu, indiyə qədər aşkar edilmiş ən böyük emissiya miqdarıdır. Emissiyaları azaltmalı olduğumuz bir vaxtda bu problemin yaranması işə ziyan vurur”, - deyə rəsədxananın rəhbəri Manfredi Kaltadjirone bildirib.

Metan emissiyalarını izləmək üçün peyklərdən istifadə edən GHGSat tədqiqatçıları hesablayıblar ki, “Şimal axını” qaz kəmərinin dörd zədə nöqtəsindən birində sızmanın sürəti saatda 22,920 kiloqram təşkil edib. GHGSat-ın bəyanatında deyilir ki, bu, saatda təxminən 630.000 funt kömür yandırmağa bərabərdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar