Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Kreml Azərbaycanla münasibətləri gərginləşdirməmək üçün Ermənistana birmənalı dəstək verməkdən çəkinir...

"Kreml Ukrayna ərazilərini ilhaq edərkən, Cənubi Qafqazı da “unutmayıb”. Rusiya xarici işlər naziri Sergey Lavrov yeni təkliflə çıxış edib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında və delimitasiyasında iştirak edə bilər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikirincə bu, Rusiya prezidenti Vladimir Putinin planıdır:

"Bu, Putinin planıdır, Lavrov vasitəsilə səsləndirib. Kreml Azərbaycanla münasibətləri gərginləşdirməmək üçün Ermənistana birmənalı dəstək verməkdən çəkinir. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanla təmas xəttində baş verənlərə qarışmaq istəmirlər. Bu da Kremli durduran bir başqa amildir".

"Buna baxmayaraq, Kreml ABŞAvropa İttifaqının Cənubi Qafqazda fəallaşmasından, Qərbin Bakı və İrəvanla intenviləşən təmaslarından narahatdır. Kreml rəqiblərinin Cənubi Qafqazdan sıxışdırılmasının yollarını axtarır. “KTMT sərhədin müəyyənləşməsində iştirak etsin” təklifi bu siyasətin tərkib hissəsidir. Azərbaycanla Ermənistan arasında təmas xətti var, sərhəd yoxdur. İki dövlət arasında sərhədin müəyyənləşməsində üçüncü tərəf ancaq vasitəçi rolunda çıxış edə bilər. Rusiya KTMT adı altında öz qoşunlarını təmas xəttində yerləşdirmək istəyir. Ermənistanla sərhəd müəyyənləşməyənə qədər bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir", - E.Şahinoğlu vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar