Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Şirvanda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub...

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 104-cü ildönümü və 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şəhər Prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şirvan Şəhər və Hacıqabul Rayon Prokurorluğunun əməkdaşları, veteranlar şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Sonra Şəhər İcra Hakimiyyətinin iclas zalında tədbir davam edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirildiyini, ədalət prinsipinin təmin olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan prokurorluğunun inkişafın növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Şirvan Şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.

Tədbirin sonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 104-cü ildönümü və Prokurorluq işçilərinin peşə bayramı günü  münasibətilə Şirvan Şəhər Prokuroru Kamal Hüseyn oğlu Talıbov, Şirvan Şəhər Prokurorluğunun müstəntiqi Sabir Azər oğlu  Hüseynli,  Şirvan Şəhər Prokurorluğunun böyük mütəxəssisi Qalina Rüstəm qızı Hüseynova Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər. Prokurorluq orqanlarının veteran əməkdaşı, Şirvan şəhər sakini Kamran Ağaverdi oğlu Səmədova Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin təbriknaməsi təqdim olunub.

Fotolar

pia.az 


Etiket: Şirvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Ən çox oxunanalar