Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”...

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Prezidentin sözlərinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur.

"Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var”, - dövlət başçısı bildirib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar