Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi dünyanı yeni dünya müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər”

Gözlənildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanınması ilə bağlı fərman imzalayıb...

Putin qanunsuz və legitim olmayan bu fərmanını BMT nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi”nə əsaslandırsa da özlüyündə istinad etdiyi prinsipi də kobud şəkildə pozur.

Məsələ ondadır ki, Rusiya özü heç vaxt bu prinsipə sadiq olmayıb. Əks təqdirdə bu gün Dağıstan, Çeçenistan, Tatarıstan və ya başqa bir Rusiya Federasiyasına bağlı subyektlər öz müqəddəratını təyin edərdi. Yeri gəlmişkən, 90-cı illərdə Çeçenistan öz müqəddəratını təyin etsə belə rəsmi Moskva bunu tanımayaraq Çeçenistanı işğal etdi.

Ümumiyyətlə isə BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratının təyinetmə prinsipi o zaman qüvvəyə minə bilər ki, müqəddəratını təyin edən vilayət və ya daxili subyekt mənsub olduğu ölkə və ya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən müstəqilliyi tanınsın. Bunlar baş vermədiyi təqdirdə isə bu öz müqəddəratını təyinetmə deyil, sadəcə separatist və ya işğal addımıdır.

Putinin əsas planı

Aydın məsələdir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanıyaraq qeyd edilən “kvazi dövlətlər”i faktki olaraq ilhaq etmək istəyir. Bu gün və ya yaxın günlər ərzində bunun gerçəkləşəcəyinə şübhə yoxdur.

Rusiyanın Krımın ardınca Zaporojye, Xerson, Donesk, Luqanskıda ilhaq etməsi ciddi problemlər yaradacaq:

Birincisi bunun baş verməsi faktiki olaraq İkinci Dünya Müharibəsindən sonra böyük güclər arasında “zor gücüylə fəth etmək” prinsipinin tərk edilməsi razılaşmasının pozulması deməkdir. Bu prinsipin Rusiya tərəfindən pozulması gələcəkdə digər ölkələri də Ukraynada olduğu kimi ərazilərinin tez-tez əl dəyişməsi təhlükəsi ilə üz-üzə qoya bilər.

İkincisi, rəsmi Moskvanın belə bir addım atması həm də dünyanı yeni və daha təhlükəli dünya müharibəsi ilə üz-üzə qoya bilər. Məsələ ondadır ki, ötən 19-cu əsrə qədər “Fəth” ambisiyalarının pik həddə çatması faktiki olaraq böyük dövlətləri dünya müharibəsinə sürükləyirdi. Nəticədə 20-ci əsrdə iki dünya müharibəsi yaşandı. Bu gün Rusiyanın Ukrayna ərazilərini qanunsuz şəkildə ilhaq etməsi dünyanı yeni dünya müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər.

Üçüncüsü, Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi Ukraynada müharibənin yeni fazaya keçməsi deməkdir. Rusiya tutduğu əraziləri artıq özününkü hesab edir və şəxsi müdafiəsi naminə edəcəyi hər şeyə haqq qazandıracaq. Rusiya, hətta hansısa dəhşətli hərbi vasitədən istifadə də edə bilər.

Putin uran, hidrogen və ya hansısa total məhvedici silahdan istifadə edə bilər. Prinsip etibarilə İkinci Dünya müharibəsi zamanı ABŞ da Yaponiyaya məhz rəsmi Tokionun təslim olmaması səbəbilə iki ədəd atom bombası atmışdı. Rusiya da bənzər əsaslardan belə bir addım ata bilər.

Dördüncüsü, Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi müharibəni birbaşa NATO-Rusiya müharibəsinə çevirə bilər. Düzdür, hələlik bu zəif ehtimal olsa da Vaşinqtonun atacağı addımlardan asılı olacaq. Çünki 2014-ci ildə Krım da Rusiyaya bənzər şəkildə qanunsuz ilhaq edilmişdi. Başda ABŞ olmaqla Qərb Krımın ilhaqını üstüörtülü yola vermişdi.

Müəllif: Politoloq Turan Rzayev

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Ən çox oxunanalar