Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “referendum” oyunu... - Dünyanın beynəlxalq hüquq sistemi xaosla əvəzlənir?

Kremlin başlatdığı ilhaq siyasəti beynəlxalq siyasətə və təhlükəsizliyə necə təsir göstərəcək?..

Politoloq: “Rusiya Ukraynada növbəti təxribatçı və uzunmüddətli problemlərin yaranmasına səbəb olacaq addımı atdı”.

Rusiyanın son “referendum” oyunu da, səfərbərlik qərarı da hansısa ciddi nəticə verəcəyi inandırıcı görünmür”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiyanın keçirdiyi referendumu PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Ukraynanın Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. Bu gün isə həmin ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı Kremldə imza mərasimi olacaq.

Rusiyanın bu addımı beynəlxalq siyasətə və təhlükəsizliyə necə təsir göstərəcək? Kremlin başlatdığı bu ilhaq siyasəti mövcud beynəlxalq hüquq sistemini xaosla əvəzləyə bilərmi?

Rusiyanın “referendum” oyununu PİA.az-ın əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Rusiya belə avantür addımlar atmaqla heç olmasa, regionda öz nüfuzunu qorumaq niyyətindədir”.

Putinin qısa müddət sonra belə addım atması heç də danışığı ilə hərəkətlərinin üst-üstə düşməməsindən xəbər verdiyini bildirən politoloq politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya müharibəni dayandırmaq niyyətində görünmür və verilən açıqlamalar müharibəni uzatmaq üçün immitasiya xarakteri daşımaqdadır:

Rusiya Ukraynada növbəti təxribatçı və uzunmüddətli problemlərin yaranmasına səbəb olacaq addımı atdı. Sözügedən həmin fərmanda qeyd edilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

O zaman ortaya sual çıxır Rusiya xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipini rəhbər tutursa, o zaman niyə öz ərazisindəki yerləşən Sibir xalqlarına, Dağıstan və Şimali Qafqaz xalqlarına öz müqəddəratlarını təyin etmək hüquqlarını vermək istəmir? Onların belə bir hüququ yoxdur? Bəlkə onlar da öz müqəddaratlarını təyin etmək niyyətindədirlər? Axı ötən əsrin sonlarında çeçen xalqı müstəqillik üçün 10 ilə yaxın mübarizə aparıb. Əgər müharibəni tez bitirmək istəyi var idisə, Rusiya niyə bu addımı atdı?

Nəzərə almalıyıq ki, bu gün Rusiya Federasiyası ərazisində irili-xırdalı iki yüzdən artıq xalq yaşayır və bu xalqların da mütləq əksəriyyəti ana dilində təhsil almaq hüququna belə malik deyillər. Yəni Rusiyada yaşayan xalqların nəinki öz müqəddəratını təyin etmək, hətta təhsil hüququndan yararlanmaq imkqnları belə mümkünsüzdür. Baxmayaraq ki, SSRİ-nin dağılmasından başlayaraq günümüzə qədər demək olar ki, Rusiya Federasiyası ərazisində yaşayan azsaylı xalqların böyük əksəriyyəti daimi şəkildə assimiliyasiyaya məruz qalıblar və bu proses bu gün də davam etməkdədir.

Samir Hümbətov: “Putin Rusiyanı sürətlə beynəlxalq aləmdən təcrid etməyə doğru sürükləyir”.

Şanxay Əməkdaşlıq Təşkilatında çıxşı zamanı Ukrayna ilə danışıqlar aparmaq istədiyini, amma Ukrayna tərəfinin buna razı olmadığını bildirən Rusiya prezidenti Valdimir Putinin qısa müddət sonra belə addım atması əlbəttə ki, heç də danışığı ilə hərəkətlərinin üst-üstə düşməməsindən xəbər verir. Atılmış son addımlardan belə qənaətə gəlmək olar ki, Rusiya müharibəni dayandırmaq niyyətində görünmür və verilən açıqlamalar immitasiya xarakteri daşımaqdadır.

Nəzərə alsaq ki, həm BMT baş katibi Antonio Quterreş, həm Türkiyə hakimiyyəti, həm Rusiyanın özünə yaxın bildiyi Qazaxıstan, həm Qərb ölkələrinin rəhbərləri açıqlama verərək bu “referendumu” tanımayacaqlarını açıq şəkildə ifadə ediblər. Bu isə o deməkdir ki, Putin Rusiyanı sürətlə beynəlxalq aləmdən təcrid etməyə doğru sürükləyir. Təkcə 22 Fevral 2022-ci ildən bu günə kimi Rusiyaya tətbiq edilən sanksiyaların miqdarı 19282 olduğu halda ümumilikdə bu rəqəm 21977-ə bərabərdir. Rəqəmlərdən də göründüyü kimi Rusiya ciddi şəkildə sanksiyalar altında əzilməkdədir. Üstəlik verilən son məlumatlara görə 24 Fevral 2022-ci ildən bu günə kimi Rusiya Ukraynada təqribən 54 minə qədər hərbiçi itirib. Bu isə o deməkdir ki, itirdiyi hərbiçilərdən iki dəfə də artıq yaralısı var.

Samir Hümbətov: “Kreml adminstrasiyası da yaxşı anlayır ki, müharibənin taley artıq həll edilib”.

Məhz buna görə də 21 Sentyabr 2022-ci ildə Vladimir Putin ölkədə qismən səfərbərlik elan edərək ordu sıralarına 300 min şəxsin cəlb ediləcəyini bildirən kimi, Rusiya vətəndaşları ölkədən qaçmağa başladı. Demək olar ki, Rusiyadan Finlandiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Monqolustan, Ermənistana insan axını başladı. Həm quru, həm də hava yolu ilə sürətli axın var və hazırda bu ölkələrin Rusiya ilə sərhəd məntəqələrində acınacaqlı durum yaranıb.

Əlbəttə ki, bu baş verənləri Kreml adminstrasiyası və digər dövlətı orqanları izləməkdədir. Kreml adminstrasiyası da yaxşı anlayır ki, müharibənin taley artıq həll edilib və bu müharibəsən qazanclı çıxması real görünmür, amma görünür ki, Rusiya hakimiyyəti belə avantür addımlar atmaqla heç olmasa regionda öz nüfuzunu qorumaq niyyətindədir.

Nəhayət, onu qeyd etmək lazımdır ki, Rusiyanın atdığı bu addımlar tərəflər arasında olsa danışıqlara olan ümidləri məhv etdi ki, bu da regionun gələcəyinə ciddi təsir edəcək.

Nəzərə alsaq ki, Rusiyada silah-sursat və hərbi texnika tükənmək üzrədir, amma bununla paralel olaraq ABŞ Ukraynaya 12 milyard dollar həcmində yeni yardım paketi ayırıb ki, bu vəsaitin də mütləq əksəriyyəti silah-sursat və hərbi texnika alınmasına sərf ediləcək. Bundan əvvəl isə ABŞ Ukraynaya silah almaq üçün 40 milyard ayırmışdı. O cümlədən çoxlu sayda ölkələr əvəzsiz şəkildə Ukraynaya silah və texnika göndərməkdə davam edirlər. Belə olan halda isə Rusiyanın son “referendum” oyununun da, səfərbərlik qərarının da, hansısa ciddi nəticə verəcəyi inandırıcı görünmür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Ən çox oxunanalar