Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəisə işçilərdən xəbər aparmadığım üçün əmək müqaviləsinə xitam verildi”

Mənə deyirdi ki, işçilərdən xəbər aparım, rüşvət aldığına dair sözlər deyim...

Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin keçmiş əməkdaşı şikayətinin araşdırılmadığını deyir

“Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun baş məsləhətçi kimi çalışırdım. Amma cəmi 3 ay işləyə bildim. Hüseyn Abdullazadə regional bölməyə rəis təyin olunandan sonra mənə dedi ki, işçilərlə bağlı ona tez-tez məlumatlar verim. Razılaşmadığıma görə də əmək müqaviləmə xitam verildi”.

Bunu Meydan TV-yə idarənin əməkdaşı olmuş Kamran Famil oğlu İlyasov bildirib. Onun sözlərinə görə, o, işə qəbul ediləndən sonra Hüseyn Abdullazadə rəis təyin olunub. Təyin olunan kimi də əksər işçilər kimi ona da problemlər yaranıb:

“Mənə deyirdi ki, işçilərdən xəbər aparım, rüşvət aldığına dair sözlər deyim. Halbuki mənim əlimdə hər hansı bir işçinin rüşvət alması ilə bağlı məlumat olmayıb. Müqaviləmə xitam veriləndən sonra da təklif etdi ki, işçilərlə bağlı onun tələb etdiyi kimi danışsam, məni işə qaytaracaq. Mənimlə bərabər işə girənlərin hamısının əmək müqaviləsi uzadıldı. Bunu təsdiq edən sübutlarım da var”.

Şikayətçi deyib ki, bununla bağlı agentliyin rəhbərliyinə, eləcə də Ombudsman Aparatına müraciət edib:

“Avqustun 4-də əmək müqaviləmə xitam verilib. Konkret iki nəfərin əleyhinə danışmağımı istəyirdi. Hansı ki, həmin işçilər də işdən uzaqlaşdırılıb.

Başıma gələnlərdən sonra mənə olan haqsızlığa görə şikayətimə baxılmasını istəyirəm. Təqdim etdiyim səs yazılarına belə qulaq asmırlar. Xahiş edirəm ki, məsələ hərtərəfli və ciddi araşdırılsın”.

Hüseyin Abdullazadə isə şikayətlə bağlı danışmaq istəməyib. Bildirib ki, heç kimi işdən azad etmir. Bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi baxır.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsuz Piriyev rəsmi sorğu göndərilməsini tələb etsə də, göndərilən suallar cavablandırılmayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar