Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Overçuk Naxçıvandan danışıb

Rusiya Baş nazirinin müavinindən Naxçıvanla bağlı açıqlama verib...

Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək”.

TNS xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Ermənistana Rusiya investisiyalarının axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir. Bunun ətrafında yeni iş yerləri, eləcə də çoxsaylı kiçik və orta bizneslər yaranacaq.

Baş nazirin müavini bildirib ki, Cənubi Qafqaz bütün tarixi boyu sivilizasiyaların və ticarət yollarının kəsişməsi, faktiki olaraq Avrasiyanın geoiqtisadi mərkəzi olub. Əsas olanı görmək vacibdir - regionda olanların heç birinə münaqişə lazım deyil, hamı kommunikasiyaların inkişafında maraqlıdır və bu prosesdə iştirak etmək istəyir.

Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə hərəkət imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək. Bu qarşılıqlı hərəkət, ticari və humanitar əlaqələrin inkişafı və nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlamağa imkan verəcək. Biz bunun baş verməsi üçün çalışırıq”, - Overçuk əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar