Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya müharibədə həlak olan hərbçilərin borclarını siləcək?

Ölkənin Maliyə Nazirliyi banklara borcu öz hesablarına silməyi təklif edir, bankirlər isə bununla razılaşmırlar...

Rusiya Dövlət Dumasının deputatları səfərbərliyə cəlb olunanlarla bağlı qərarın üç oxunuşda qəbul edilməsini planlaşdırsalar da, bu, baş tutmayıb.

Əsas mövzu ölən hərbçilərin borcunun kimin tərəfindən silinməsi məsələsi olub.

Ölkənin Maliyə Nazirliyi banklara borcu öz hesablarına silməyi təklif edir, bankirlər isə bununla razılaşmırlar.

Sentyabrın 27-də birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, səfərbərliyə cəlb olunanlara və müqavilə əsasında hərbi xidmət çəkənlərə kreditləri olduqda ödənişləri dayandırmaq və ya xidmət müddətinə onu azaltmaq hüququ verilir.

“İkinci oxunuşda biz açıq şəkildə bildirəcəyik ki, əgər şəxs vəfat edibsə və ya birinci qrup əlil olubsa, deməli, o, borc ödəmir və bu borclar heç kimə keçmir”, - deyə Dumanın maliyyə komitəsinin rəhbəri Anatoli Aksakov izah edib.

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev əlavə edib ki, bu silinmə büdcənin deyil, bankların hesabına həyata keçiriləcək.

Nəticədə, çərşənbə axşamı qanun layihəsi hətta ikinci oxunuşda da müzakirə olunmayıb, lakin işçi qrup aktiv şəkildə dəyişiklikləri hazırlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar