Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq

İctimai Televiziya yeni mövsümə start verir.

İctimai TV-dən verilən məlumata görə, bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcəklər.

Mövsümün sonuna kimi isə İngiltərə Premyer Liqasında hər turun iki ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq.

Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcəklər”.

Əyləncəli-musiqi proqramı olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq.

İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, “Yaxşı həkim” sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqramı geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq.

Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək.

İctimai Televiziyanın efirində hərbi-vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq.

Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyasi mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, Nigar Sabirqızının aparıcılığı ilə “İTV Xəbər Yekun”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri - Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək.

Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar