Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: "Hökumət hansı variant məqbuldursa, onu qəbul edəcək"

Vahid Əhmədovdan gedişhaqlarının artırılması ilə bağlı açıqlama...

Milli Məclisin deputatı Vahid Əhmədov sərnişindaşıma şirkətlərinin gedişhaqlarının artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmələrinə münasibət bildirib.

V.Əhmədov Pravda.az-a açıqlamasında deyib ki, sərnişindaşıma şirkətlərini də anlamaq olar.

“Sərnişinləri də başa düşürük. Fikir verdinizsə, unun da qiyməti qalxanda eyni hal baş vermişdi. Un istehsalçıları İqtisadiyyat Nazirliyinə müraciət etdilər, qiyməti qaldırdılar, guya məsələ həll olundu. Əlavə dotasiya hamısı ləğv edildi, heç nə vermədilər. Sərnişindaşıma da belədir. Şirkətlərin fikirləri ilə razıyam. Həm dizel yanacağının qiyməti bahalaşıb, həm də pandemiya ilə əlaqədar ciddi problemlərlə üzləşiblər və s. Ona görə də hazırkı gedişhaqlarının qiyməti onalara sərf etmir. İstəyirlər ki, qiymət artsın. Amma əhalinin vəziyyətini də bilirəm. Millət vəkili kimi bilirəm ki, bu gün vəziyyət ürəkaçan deyil. Sərnişinlərin ödəmə qabiliyyətləri kifayət qədər yüksək deyil və s. Burda da müəyyən problemlər var. Əlbəttə, adam var ki, gündə 4-5 dəfə avtobus dəyişir. Bu, problem mövcuddur. İndi necə hökumət, dövlət müəyyən variantları var. Ola bilər, sənişindaşıma ilə əlaqədar müəyyən dotasiya verilsin, problem həll edilsin, heç bir problem olmasın. Ya da qiyməti qaldırsınlar, aztəminatlı təbəqə üçün müəyyən güzəştlər etsinlər. Cürbəcür variantlar var. Bu variant da ola bilər ki, qiymətlər artsın, heç nə etməsinlər. Əhalinin vəziyyətini bildiyim üçün bu variantı qəbul etmirəm. Baxaq, görək hökumət hansı variant məqbuldursa, onu qəbul edəcək”, - deputat bildirib.

 

pia.az


Etiket: Vahid Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar