Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tarix yazaraq tarixə yazılanlar” adlı tədbir keçirildi - İstiqlal Muzeyində

Sərgi oktyabrın 3-ə qədər davam edəcək...

Sentyabrın 27-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində 27 sentyabr-Anım gününə həsr olunmuş “Tarix yazaraq tarixə yazılanlar” adlı tədbir – sərgi keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən artıq iki ildir ki, 27 sentyabr Vətən müharibəsinin başlandığı gün, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunur.

Tədbir iştirakçıları çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını almaq üçün başladıqları əks-həmlə əməliyyatlarından bəhs etdilər.

Bildirildi ki, 44 gün davam edən Vətən müharibəsində əldə olunan zəfər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “Dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Öz məğlubiyyəti ilə barışmayan mənfur düşmən atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozmağa cəhd etmişdir. Son olaraq sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində ordumuzun mövqelərini hədəfə alan düşmən rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqli cəzasını alaraq itkilərlə geri çəkilməyə məcbur olmuşdur. Və bununla da Azərbaycan ordusu və xalqı düşmənin heç bir həmləsindən qorxmadığını, hər zaman məğrur və güclü olduğunu bütün dünyaya sübut etmişdir.

Sonda tədbir iştirakçıları baş leytenant Abdullazadə Həsənağa, Nəcəfov Cəmil, gizir Məmmədli Rüfət, kiçik gizir Mənəfov Şahmar, əsgər Ağayev Rəşad, Əliyev Mirağa, Mahmudlu Babək, Qəribov Pəhliyə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 90-a yaxın müxtəlif şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış oldular.

Sərgi oktyabrın 3-ə qədər davam edəcək.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar