Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Hollivud ulduzu Jan-Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə yeni paylaşımı ilə gündəm olub...

PİA.az xəbər verir ki, sosial şəbəkə izləyicilərinin suallarını cavablandıran musiqiçi qalmaqala səbəb olacaq açıqlama verib.

Belə ki, Suada istifadəçilərinin ona ünvanladığı "Kinoda rol almaq istərdiniz?" sualına "Xeyr, aktrisalıq, ümumiyyətlə, məndən uzaq bir sənətdir. Bu industriya qadınlar üçün çox çirkin və hörmətsizdir, əsasən də xaricdə..." cavabını verib.

Suadanın bu reaksiyası izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Daha sonra istifadəçilərdən biri Suadaya "Kinoda rol almaq nə üçün çirkin və hörmətsizlikdir? Xanımlara?" sualı ilə müraciət edib.

Hacızadə yenə də təkidlə bu haqda fikirlərinin dəyişməz olduğunu bildirərək daha da geniş açıqlama verib:

"Çox seksist və həmçinin bizim dildə desək "əl-qol" atılan bir industriyadır. Qadına qarşı hörmət çox aşağıdır və qadının "zəif" olmağından istifadə edirlər. Populyar biri olmaq istəyirsinizsə, yolu çirkindir və bu bir qayda kimidir".

Xatırladaq ki, Suada Hacızadə hazırda Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammla evlidir. (Baku.ws)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar