Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub...

"Report" xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir.

Z.Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə magistr təhsilini Fərqlənmə diplomu ilə bitirib. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

2005-2008, 2009-2013 illərdə Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb.

2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və sonradan vitse-prezidentin müşaviri vəzifələrində işləyib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

T.Mirzəyev isə 1986-cı ildə anadan olub.

O, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi və Fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin təşkili və idarə olunması” ixtisasını və 2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları ilə bitirərək magistr dərəcəsi alıb.

T.Mirzəyev 2020-2021-ci illərdə Okford Universitetinin “Strategy and İnnovation” proqramını bitirib. 2010-2014-cü illərdə “Ernst&Young” şirkətinin Azərbaycan filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib. 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Tariyel Mirzəyev İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.

pia.az 


Etiket: Təyinat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar