Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəcəb Babaşov yeni dövrün tələblərinə uyğun müdrik addımlarını atan icra başçısıdır

Bildirək ki, cənab Rəcəb Babaşovun Qazax RİH başçı təyin olunması, sanki zamanın tələbi idi...

Məlumdur ki, respublikamızın hər bir guşəsi kimi Qazax rayonu da, artıq neçə illərdir özünün yeni yüksəliş dövrünü yaşamaqdadır. Qeyd edək ki, Ulu Öndərin hakimiyyəti illərində bu rayonda güclü istehsal potensialı və zəngin infrastruktur formalaşmış, eyni zamanda 2003-cü ildən bugünə kimi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük uğurlar əldə olunmuşdur. Bütün bunlar Qazağın ictimai-siyasi həyatında geniş vüsət almış yeni yüksəliş dövrünün tam təsdiqi deməkdir. Faktdır ki, rayon sakinləri ölkə rəhbəri möhtərəm İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik həyatlarında hiss edir, ümumi yüksəliş və tərəqqi xəttini lazımınca da dəstəkləyirlər. Unutmaq olmaz ki, 08 avqust 1930-cu ildə yaradılmış Qazax rayonu, hal-hazırda doğma Azərbaycanımızın cənnət guşələrindən birinə çevrilib. Çünki, bu rayonun sıx ormanları, minbir ətir saçan gülü-çiçəyi, diş göynədən sərin bulaqları, göz oxşayan bağları, zirvələrinin hündürlüyü və gözəlliyi ilə diqqəti cəlb edən uca dağları və s. haqda nə qədər danışsaq da, sanki Qazağın şəninə söz çata bilməz. Rayon sakinlərinin qonaqpərvərliyinə, səmimiyyətinə, hər kəsə qarşı həssas münasibət bəsləmələrinə və digər addımlarının varlığına qarşı da, sanki hər kəsdə bir sevgi, xüsusi bir yanaşma hissi mövcuddur. Ümumiyyətlə, Qazax da daxil olmaqla Azərbaycan xalqının qonaqpərvərliyindən harda tapılar?!... Bəli, ölkəmizin iqtisadi qüdrətinin yüksəlişində, həyata keçirilən möhtəşəm quruculuq işlərinin geniş vüsət almasında hər zaman bu rayonun xüsusi rolu olub. Unutmaq olmaz ki, İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayon fəallarının, icra aparatı əməkdaşlarının və digər şəxslərin iştirakı ilə keçirilən görüşlərdə dəfələrlə vurğulayıb ki, “Qazax rayonu da daxil olmaqla bütün regionlarda əldə olunan iqtisadi yüksəliş, məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş uzaqgörən siyasətin və möhtərəm Prezidentin atdığı addımlar nəticəsində əldə olunmaqdadır”. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 19 may 2016-cı il tarixli Sərəncamı ilə, Rəcəb Abas oğlu Babaşov Qazax RİH-ə başçı təyin olunub. Belə bir təyinatdan sonra Qazaxda yeni mərhələ başlayır ki, həmin vaxtdan bugünə kimi Rəcəb Babaşov bu rayonun tarixində silinməz izlər buraxmaqdadır.

Rəcəb Babaşov vəzifəsinin icraasına başladıqdan az sonra, daha çox rayonun mərkəzi ərazilərində abadlıq-quruculuq işləri geniş vüsət alır, bir çox lahiyələr uğurla həyata keçirilir. Həftənin müəyyən günlərində ayrı-ayrı kəndlərdə sakinlərlə səyyar görüşlərini keçirən RİH-nin başçısı, məhz belə bir görüşləri keçirməklə hər kəsə məxsus problemlə yaxından tanış olur və onların həlli yöndə aidiyyatı üzrə vəzifə sahiblərinə lazımi tapşırıqlarını da verir. Hər kəsə məlumdur ki, hal-hazırda İcra Başçısı rayonun bütün problemlərini diqqətdə saxlayır, ələlxüsus əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə müəyyən addımlarını atır. Unutmaq olmaz ki, Rəcəb Babaşov 44 günlük Vətən savaşında rayon ərazisindən hərbi xidmətdə olan hərbçi ailələlərinin diqqətdə saxlanması, həmin şəxslərin alələrinə məxsus problemlərin aradan qaldırılması yöndə vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verir. Bundan əlavə, bu müharibədə misilsiz qəhrəmanlıqlar göstərərək torpaqlarımızın bütövlüyü uğurunda şəhid olanların dəfn mərasimlərinin xərci, onların qəbr daşlarının hazırlanması, quraşdırılması və s. kimi xərclərin hamısı, məhz RİH-nin daxili imkanları hesabına həyata keçirilir. Qeyd edək ki, bu gün də şəhid və qazi ailələri, müharibə veteranları və digər imtiyaz sahibi olanlar İcra Başçısının diqqət mərkəzindədir. Yəni, RİH Aparatında aidiyyatı üzrə vəzifə sahibi olanlar daim həmin şəxslərlə əlaqə saxlayıb problemləri ilə maraqlanırlar, şəhid və qazi ailələrinin müayinə və müalicə işlərinə lazımi dəstəklərini ifadə edirlər. Sözsüz ki, bütün bunlar cənab Rəcəb Babaşovun verdiyi tapşırıqlar əsasında baş tutur və rəhbərlik bunların hər birini daim diqqətində saxlayır. Çünki, Vətənini, xalqını sevən hər kəs kimi, Qazax RİH-nin başçısı da torpaqlarımızın bütövlüyü uğurunda şəhid olan, yaxud da sağlamlığını itirib qazi olanlara, onların ailə üzvlərinə lazımi səviyyədə xidmət göstərməyi özü üçün borc bilir.

Bəli, hər kəs təsdiq edə bilər ki, istənilən rəhbər şəxsin həyata keçirdiyi idarəçiliyə verilən qiymət, məhz həmin şəxsin atdığı addımlar əsasında dəyərləndirilir. Xoşbəxt o şəxs olur ki, sağlığında da həmin şəxsin adı hörmətlə, etiramla çəkilir, tam əksəriyyət öz yanaşmasını həmin şəxsə qarşı yaxşı mənada formalaşdırmağı bacarır. Faktdır ki, hal-hazırda hər kəsin düşüncəsində adı qurucu və yaradıcı şəxs obrazında formalaşan rəhbər şəxslərdən biri də, Qazax RİH-nin başçısı Rəcəb Babaşovdur. Bu şəxs müasir dövrümüzün elə bir rəhbər şəxslərindəndir ki, atdığı hər addım geniş ictimaiyyət tərəfindən həzm olunur, lazımınca da qiymətləndirilir. Bəli, bu da bir faktdır ki, İcra Başçısı öz yanaşması ilə böyüyə hörmət, insanlığa qiymət, ədalət prinsipini uca tutmaq, xalqımıza məxsus milli-mənəvi dəyərləri qoruyub yaşatmaq və s. kimi dəyərləri hər zaman uca tutur və o, bu cür addımları ilə hər kəsin rəğbət hissini qazanmaqda davam edir. Bütün bunlar Rəcəb Babaşovun müdrik rəhbər şəxs olmasından xəbər verir. Belə bir səbəblərdəndir ki, artıq Qazax rayonu infrastruktur və sosial layihələrin həyata keçirilməsi baxımından əyalət guşəsi olmaqdan çıxıb və ölkəmizin ən gözəgəlimli dilbər guşələrindən birinə çevrilib. Faktdır ki, özünəməxsus ənənələrinin varlığı ilə seçilən bu rayonda dinamik tərəqqi dövrü, bu gün də davam etməkdədir. Yəni, cənab Rəcəb Babaşovun icra başçısı təyinatından sonra Qazax rayonu 2016-cı ildən indiyə kimi tamamilə dəyişmiş, ard-arda reallaşan sosial-iqtisadi layihələr nəticəsində bu rayon yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Məsələn, daha çox əhalinin məşğulluq probleminin həlli, sahibkarlığa dəstək verilməsi, aztəminatlı ailələrin daim diqqətdə saxlanması və s. rayon rəhbərliyinin xüsusi önəm verdiyi, olduqca həssas yanaşdığı sahələrdir. Bütün bunların nəticəsidir ki, Rəcəb Babaşov bu gün də bütün qazaxlıların dəstəyini özündə hiss edir, geniş ictimaiyyət tərəfindən təkcə rəhbər şəxs kimi deyil, eyni zamanda müdrik idarəçiliyə malik icra başçısı olaraq da sevilir. Qeyd edək ki, son bir neçə il ərzində rayonun “Bakı” və “Şəhidlər Xiyabanı” küçələrindəki, Nəriman Nərimanov qəsəbəsindəki, digər ərazilərindəki yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilmiş, binaların giriş hissələri əsaslı şəkildə təmir olunmuş, həyət- bacaları abadlaşdırılmış, işıqlandırma sistemləri yenidən quraşdırılmış, hətta bəzi binaların həyətlərində istirahət guşələri də yaradılmışdır. Onu da bildirək ki, rayonun kənd və qəsəbələrindəki qəbristanlıqlarda yaradılmış şərait, birbaşa RİH başçısının təşəbbüsü əsasında baş tutmuşdur. Yəni, qəbristanlıqlara kənar ərazilərdən su xətləri çəkilmiş, hər bir qəbristanlıqda ayaqyolu tikilmiş, lazımi avadanlıqlar və s. quraşdırılmışdır. Bundan əlavə, İcra Başçısının verdiyi tapşırıq əsasında Nəriman Nərimanov qəsəbəsində rayonun Bala Cəfərli kənd sakini, şəhid Rəhimova Elnarə Faiq qızının adına inşa olunmuş bulaq kompleksinin inşaası və açılışı həyata keçirilmişdir.


Bütün bunlara baxmayaraq, son vaxtlar bəzi media qurumlarının əməkdaşları, sosial şəbəkə istifadəçiləri, hətta bəzi ictimai fəallar Qazax RİH başçısı cənab Rəcəb Babaşovun uğurlu fəaliyyətinə hansısa formada kölgə salmaq yöndə addımlarını atırlar. Yəni, həmin şəxslər ortaya heç bir dəlil- sübut qoymadan rayon rəhbərliyinin böyük işlərini kiçiltməyə, onu nüfuzdan salmağa çalışırlar. Təəssüflər olsun ki, həmin şəxslər yanıldıqlarını dərk etsələr də, yenə də onlar çirkin niyyətlərindən əl çəkmək fikirində deyillər. Maraqlıdır ki, həmin şəxslər bilirlər ki, cənab Rəcəb Babaşovun təyinatından sonra rayonda korrupsiyaya və rüşvətə “yox!” deyilib, süründürməçilik halları aradan qaldırılıb, vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələrinə son qoyulub və digər addımlar atılıb. Diqqət yetirək ki, hansısa bir arayış əldə etmək üçün idarə, müəssisə, təkilat qapılarında saatlarla, bəlkə də günlərlə gözləmək aradan qaldırılıb. Bundan əlavə, “Açıq qapı” günlərini günün istənilən vaxtında keçirən İcra Başçısı, hər kəsin ərizə və şikayətlərini ləngimədən cavablandırır. Hal-hazırda rayonun İcra Aparatında çalışan kadrların əksəriyyəti gənclərdən ibarətdir ki, onlar da rəhbərliyin iştirakı ilə tez-tez sakinlər arasında olurlar, sakinlərin sorğu və istəklərini yerində cavablandırırlar. Belə bir halın varlığı məmur və vətəndaş münasibətlərinin normal macəraya yönəlməsinə səbəb olur. Qazağın mərkəzi kəndlərində, sərhəd kəndlərində tez-tez icra başçısı ilə görüşlər baş tutur ki, həmin görüşlərdə əksər problemlər öz həllini tapır. Bu gün tam əminliklə deyə bilərik ki, regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”na uyğun olaraq, bu rayonda həyata keçirilən abadlıq və quruculuq işləri geniş vüsət almaqda davam edir. Bunu son illər Qazaxdakı sosial obyektlərin, sənaye müəssisələrinin, dükanların, uşaq bağçalarının, məktəblərin tikintisində və s-lərdə açıq-aydın görmək mümkündür.

Onu da bildirək ki, cənab Rəcəb Babaşovun Qazax RİH başçı təyin olunması, sanki zamanın tələbi idi. Yəni, zaman keçdikcə sübut olundu ki, bu şəxsin başlıca amalı doğma xalqına, dövlətə və dövlətçiliyə xidmət etməkdir. Faktdır ki, bu şəxs 2016-cı ildən indiyə kimi müdrik addımlarını atır, hər kəsin rəğbətini qazanır və Qazax rayonunun tarixində silinməz izlərini də buraxır. Hal-hazırda bu rayonun dəyişən siması hər kəsdə fərəh hissi oyadır, insanları sevindirir. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir ki, biz bunları həm canlı şəkildə görürük, həm də eşidirik.

Hazırladı: Şahin Orucov
hedeftv.info

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar