Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Rusiyada məktəbdə qanlı olay...

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.

***

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.

Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.

Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.

Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.

***

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 6 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu məlumdur: "Fakt dəqiqləşdirilir. Məktəbə hücum edən şəxsin meyiti aşkar edilib".

***

İjevskdə məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.

O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.

Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.

***

Rusiya Federasiyasınln İjevsk şəhərində orta məktəbdə atışma olub.

APA-nın Rusiya bürosu yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib. Bildirilib ki, şagirdlər və müəllimlərin təcili olaraq binadan təxliyə edilir.

İlkin məlumata görə, məktəbin binasında yaralı var. Hadisə yerinə polis, milli qvardiya və təcili yardım gəlib.

pia.az


Etiket: Rusiya məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar