Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sərhəddənkənar əməliyyatı ilə ələ keçirdiyi bildirilən kürd terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (XMQ, PKK-nın hərbi qolu - red.) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildiriblər.

Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin (kod adı Leheng), eləcə də Hüseyn Yıldırımın (kod adı Alişer) MİT-ə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edib.

PİA.az oxu.az-a istinadən bildirir ki, Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslər 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə dövlət qüvvələri ilə qarşılaşıb və həbs olunublar. Onlara qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb.

Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib.

XMQ-nin bəyanatına görə, Çiçək və Yıldırım azadlığa buraxılmaq əvəzinə təxminən bir ay əvvəl Ermənistandan Türkiyəyə ekstradisiya edilib.

Təşkilat vurğulayıb ki, bununla Ermənistan beynəlxalq hüquq normalarını və ölkə qanunlarını pozub.

Bəyanatda, Xalq Müdafiə Qüvvələri həmçinin bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb.

Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində "Türk Telekom"a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub.

29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriyaİranda terror fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan bu günə kimi diplomatik əlaqələr qurmayıb, ona görə də iki ölkə arasında terrorçuların və digər cinayətkarların qarşılıqlı ekstradisiyasına dair razılaşma yoxdur. Lakin diplomatik əlaqələrin olmaması Ermənistan və Türkiyə xüsusi xidmət orqanlarının iki PKK terrorçusunun Türkiyəyə təhvili üzrə birgə əməliyyat keçirməsinə mane olmayıb. Ermənistan xüsusi xidmət orqanlarının Türkiyəyə qarşı PKK ilə uzun illər əməkdaşlıq etdiyini, bu terror təşkilatına silah və sursat ötürdüyünü, öz ərazisində, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində PKK üzvləri üçün təlim düşərgəsi yaratdığını nəzərə alsaq, bu, kifayət qədər maraqlı və sensasion faktdır. Həmçinin, terror təşkilatının yüksək rütbəli üzvlərindən biri bəyan edib ki, 2020-ci ilin payızında 44 günlük müharibə zamanı PKK üzvləri ermənilərin tərəfində döyüşə göndərilib.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar