Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MŞ İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev istefa verib

Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib...

Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev bu gün işlərinin çox olması ilə bağlı istefa ərizəsini təqdim edib.

PİA.az xəbər verir ki, bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid gündəlikdə duran məsələ barədə məlumat verib.

O, N.Niftiyevin istefa ərizəsinə həssas yanaşılmasının vacibliyini Şuranın strukturunun və gələcək fəaliyyət bölgüsünün tənzimlənməsini tezləşdirmək baxımından əsaslandırıb.

Məsələ müzakirəyə çıxarılarkən bildirilib ki, N.Niftiyev VIII qurultayda jurnalistlərin namizədi kimi İdarə Heyətinə seçilib. İH üzvü seçilmiş Əflatun Amaşov "Xalq qəzeti"nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrin sırasına daxil olunması qərara alınıb.

MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar