Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib....

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib.

35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.

***

AzərbaycanQazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

***

AzərbaycanQazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.

Qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək AzərbaycanQazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

pia.az


Etiket: futbol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ən çox oxunanalar