Çərşənbə axşamı, 29 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - Fotolar

Müdafiə Nazirliyi məlumat yayıb...

Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına hərbi liseydə 2022-ci il sentyabrında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının daim uca tutulması məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən PİA.az-a verilən məlumata görə, nazirliyin və ictimaiyyətin nümayəndələrinin, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən, eləcə də 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bölmələrimiz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən danışıblar.

Sonra Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə və şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları qəhrəmanlığı, vətənpərvərliyi, igidliyi tərənnüm edən bədii kompozisiyalar təqdim ediblər.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda nazirin həbsi ilə bağlı maraqlı faktlar...

Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

“Yüksək səviyyəli məmurların da həbsi gözlənilir” - Partiya sədri

İrandan “Bakıya Xəzərdən hücum” mesajı: nə baş verəcək?

Vüqar Əliyev AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndəriliblər - Foto

Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib

Baba Vanqanın 2022-ci il kəhanəti gerçəkləşdi - Video 

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri həbs edilib

Dünyada kərə yağı kəskin ucuzlaşıb – Son qiymət

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...

Ən çox oxunanalar