Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəbə aid olmayan insanlar direktor təyin olunurlar” – Deputat Etibar Əliyev

“Məktəbə aid olmayan insanlar direktor təyin olunurlar. Bəzən direktor seçimi imtahanları formal xarakter daşıyır”...

“Məktəbə olan yanaşma dəyişməlidir. Görün, neçə illərdir belə hallar baş verir və qarşısını ala bilmirlər. Bunların hər birindən məktəbin tabe olduğu qurumların məlumatı var. Həmin qurumlara valideynlərdən kütləvi olaraq şikayət ərizəsi gedir, amma əksəriyyətinə baxılmır. Buna görə də, məcbur qalıb müəllimlər bunu ictimailəşdirirlər”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Sumqayıt şəhər 32 saylı və N. Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktorlarının müəllim və valideynlərdən pul yığmasına münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda direktor təyinatlarında çox ciddi qüsurlar var:

“Məktəbə aid olmayan insanlar direktor təyin olunurlar. Bəzən direktor seçimi imtahanları formal xarakter daşıyır. Buna görə də, məktəb mühiti bu gün həddindən artıq pozulub. Bir növ məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bunun bir tərəfi də məktəb rəhbərliyinin kobudluğu ilə bağlıdır. Mühüm tərəfi isə maddiyatla bağlıdır. Bunlar yolverilməzdir.

Təsadüfi insanlar məktəbə rəhbərlik edə bilməz. 15 ilin direktorlarının hələ indi səs yazısı ortaya çıxırsa, bu o deməkdir ki, həmin məktəbin direktoru işlədiyi 15 il müddətində bu kimi hərəkətlərə yer verib. Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin daxilində nəzarət şöbələri var. Onlar nəyə baxırlar, nə işlə məşğuldurlar?”

Etibar Əliyev əlavə etdi ki, bu cür neqativ hal baş verən anda direktor məktəb rəhbərliyindən dərhal kənarlaşdırılmalıdır.

“Məktəbə yaraşmayan, məktəb mühitini pozan şəxs məktəbə rəhbərlik edə bilməz. Bu qədər direktor təlimləri, seçim mərhələləri olur, qrant layihələrdə iştirak edirlər. Bunların nəticəsi olmalıdır. Amma görünür, bunların heç birinin nəticəsi yoxdur. Direktor mütəmadi olaraq valideyndən pul tələb edirsə, deməli direktordan bunu tələb edirlər. Belə halda direktor işindən azad edilməlidir.

Elə bu məktəblərə kuratorluq edən qurumların da bioqrafiyasına baxmaq lazımdır ki, məktəblə onların nə əlaqələri var? Gəncə, Daşkəsən, Göygöl kimi böyük bir bölgəyə aqronomu regional idarəyə müdir təyin etdilər. Burada hansı təhsildən söhbət gedə bilər? Bu adamın dərslikdən, məzmundan, müəllimlərə olan münasibətdən, şagird davranışından nə xəbəri ola bilər?”, – deyə deputat bildirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar