Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzil almaq istəyənlərin nəzərinə - Video

Bu gün güzəştli mənzilə sahib olmaq istəyən 10 mindən artıq şəxs seçimdə iştirak edib...

Qısa zaman ərzində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən seçimlərə çıxarılan mənzillər satılıb. Əgər kimsə 1 gün ərzində həmin mənzili almaqdan imtina edərsə ayın 28-i həmin mənzillər təkrar seçimə çıxarılacaq

Bu gün Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı həyata keçirilib. Qurum tərəfindən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılıb. Saat 15:00-da başlayan proses qısa zamanda yekunlaşıb. Güzəştli mənzilə sahiblənmək istəyən 10 mindən artıq vətəndaş seçimdə iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib ki, kiberhücumların qarşısını almaq üçün sistemdə təhlükəsizlik tədbirləri gücləndirlib.

Sentyabrın 28-i isə  mənzillərin gözləmə qaydası seçimi başlayacaq. Yəni kimsə seçdiyi mənzildən imtina edərsə  onlar həmin tarixdə yenidən seçimə çıxarılacaq.

Qeyd edək ki, bu gün seçimə çıxarılan 815 mənzil əslində sentyabrın 15-də satılmalı idi. Ancaq həmin tarixdə mənzil seçimi prosesi başlamamışdan öncə dövlət qurumlarının informasiya ehtiyyatlarına kiberhücum təşkil edilib. Buna görə də seçim prosesi təxirə salınmışdı.

pia.az


Etiket: mənzil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar