Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyada ilk dəfə olaraq kilsədə Azərbaycan musiqisi səsləndirilb

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən, şəhərin ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib.

Bu barədə Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ölkə mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.

O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır.

Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar