Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

"Batabat" MMC (VÖEN-0200004821) ləğv olunduğunu elan edib...

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Batabat" MMC-nin ləğv olunması ilə bağlı elanda kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 60, mənzil 23/24 ünvanına bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan "Batabat" MMC 28.07.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Abdullayev Həsən Məmməd oğludur. Rəsmi məlumatlarda şirkətin hüquqi ünvanı göstərilməyib.

“Batabat” MMC barəsində açıq internet resurslarında geniş məlumat mövcud deyil. Yalnız ötən il MMC-nin adı mətbuatda yer alıb. “Batabat”ın adı Ağsu rayonunun Bico kəndində yerləşən 200 hektarlıq torpaq qalmaqalında çəkilir. Bir qrup kənd sakini iddia edir ki, bələdiyyə onlara məxsus torpağı qanunsuz şəkildə “Batabat” MMC-yə icarəyə verib.

Onu da bildirək ki, ötən ay MMC elan verərək bəyan etmişdi ki, Qocayev Əbülfət Novruz oğlu "Batabat" MMC-nin təsisçiliyindən çıxıb. Əbülfət Qocayevin MMC-dəki payı 6 manat olub.

Xəbəri rus dilində oxuyun: Ликвидирована компания директора "Meyvəli"
Qeyd edək ki, Qocayev Əbülfət Novruz oğlu adlı şəxs eyni zamanda ölkənin ən böyük meyvə-tərəvəz bazarı olan “Meyvəli”nin qanuni təmsilçisidir. 2008-ci ildə dövlət qeydiyyatına alınan “Meyvəli” MMC-nin (VÖEN-1401353861) hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 57–də yerləşir.
Əbülfət Qocayev 2016-cı ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Bu qurum 2018-ci ildə ləğv olunub və onun bazasında “Aqrar tədarük və təchizat” ASC yaradılıb. Yeni qurumun İdarə Heyətinin sədri Aqil Quliyev olub.

Qeyd edək ki, mətbuatda Əbülfət Qocayevin daxili işlər naziri Vilayət Eyvazovun qaynı (həyat yoldaşının qardaşı) olduğu barədə məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.

pia.az


Etiket: Meyvəli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar