Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

Ukraynalı ekspert maraqlı versiyalar irəli sürdü...

Rusiyada buryatların səfərbərlik yolu ilə məhv edilməsi rus klanlarının Baykal gölü və ona bitişik ərazilərə nəzarəti ələ keçirmək strategiyasının bir hissəsidir".

Musavat.com “gordonua” saytına istinadən xəbər verir ki, bu versiya Kiyev-Mogilyansk Biznes Məktəbinin müəllimi Valeri Pekar tərəfindən irəli sürülüb.

“Ukrayna məsələsinin yekun həlli”nin mümkünsüzlüyü Moskvanı buryat, Dağıstan və Krım-tatar problemlərinin “yekun həllinə” əl atmağa məcbur edib”, - deyə, o bildirib.

Pekarın fikrincə, Rusiyanın tərkibindəki mlli respublikalar daha yaxşı demoqrafik vəziyyətə görə (doğum nisbətinin qırmızı xəttdən aşağı olduğu etnik rus bölgələri ilə müqayisədə), kütləvi yoxsulluq səbəbindən səfərbər olunanların əsas hissəsini təşkil edəcəklər.

Ancaq eyni zamanda, bəzi milli bölgələrdə səfərbərlik daha sərt şəkildə aparılır. Buryatiyada bəzi yerlərdə kəndlər mühasirəyə alınır və bütün kişilər zorla çıxarılır. İlhaq edilmiş Krımda Krım-tatar gəncləri dəstə-dəstə çağırış vərəqələri alırlar.

“Buryatların məhv edilməsi, Rusiyadan hakim klanlarının Baykal və ətraf ərazilərə tam nəzarət etmək strategiyasının bir hissəsidir. Krım tatarlarına gəlincə, onların soyqırımı çoxdan imperiya fiksasiyası olub. Mən hələ Dağıstan xalqlarını anlamamışam: çox güman ki, orada da müəyyən niyyət var”, - deyə, ukraynalı ekspert qeyd edib.

“Beləliklə, Ukraynada heç nəyə nail ola bilməsə belə, Moskva imperiya rejimi yenə də qalib gələcəyini düşünür”, - deyə, Valeri Pekar yekunda bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar