Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

“Sentyabrın 19-da Nyu-York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik”...

PİA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub: “Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.

Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

pia.az 


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar