Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oktay Kaynarcanın Naxçıvanla bağlı böyük xətası - Bu təxribatdır?..

Məşhur aktyorun yeni filmində diqqətçəkən Naxçıvan detalı...

Türkiyənin ATV kanalında yayımlanan “Mən bu cahana sığmazam” serialı ilk bölümündən böyük maraqla qarşılanıb. Serialda türk dövlətlərinin birliyi xüsusi yer tutur.

TNS xəbər verir ki, birinci bölümdə Azərbaycan tamaşaçılarının diqqətini cəlb edən İkinci Qarabağ savaşına həsr edilən hissə idi.

Amma serialda Azərbaycanla bağlı olduğu ehtimal edilən daha bir detal diqqəti cəlb edir. Bəylər divanının toplantısında masanın üzərində bayraqlar görünür. Azərbaycan bayrağının yanında bizim bayrağımıza bənzəyən başqa bir bayraq da qoyulub. Bu, separatçı qüvvələr tərəfindən internet resurslarında yerləşdirilən və Naxçıvanın bayrağı olduğu bildirilən bayraqdır.

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının 10-cu maddəsində yazılıb: “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir”. Naxçıvanın heç vaxt bəzi internet resurslarında yerləşdirilən “bayraq” kimi dövlət rəmiz olmayıb. O zaman sual yaranır: Türkiyə serialında masanın üzərində Azərbaycan bayrağının yanında qoyulan bayraq hansı dövlətin bayrağıdır? Niyə məhz internetdə Naxçıvanın bayrağı olduğu bildirilən həmin bayraq filmin bu hissəsində görüntülənib? Əgər Naxçıvan da bir türk muxtar respublikası kimi nəzərdə tutulub filmdə yer alıbsa, o zaman bu nə bayraqdır? Suallar çoxdur. Ya bu bir texniki qüsurdur, ya da ki çox ciddi bir mesaj verilir.

Mövzuya aidiyyatı olmasa da bildirək ki, bu filmin çəkilişləri gedən zaman ATV-nin çəkiliş qrupu Naxçıvanda olub, müəyyən çəkilişlər aparıblar.

Mövzunu diqqətdə saxlayacaq, dərindən araşdıracaq, həmin bayrağın hansı məqsədlə filmdə göstərilməsini aydınlaşdırmağa çalışacağıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Ən çox oxunanalar