Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi?

Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində 23-27 sentyabr tarixlərində Rusiyanın tərkibinə daxil olma haqqında referendumlar keçiriləcəyi elan edildi...

Rusiyanın Xarkov cəbhəsinin iflasından sonra Rusiya tərəfindən referendum mövzusunun aktuallaşdırılması, nüvə şantajının yenidən işə salınması və səfərbərliyin elan edilməsi Moskvanın müharibəni yaxın gələcəkdə bitirməkdə maraqlı olduğunu göstərir. Bunun bir neçə səbəbi vardır:

İqtisadi dayanıqlıqda problemlər

Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinin tədarükündə qiymət həddinin müəyyən edilməsi ilə bağlı razılığa gəldilər. Qiymət həddi xam neft üçün 2022-ci il 5 dekabr, neft məhsulları üçün isə 2023-cü il 5 fevral tarixində qüvvəyə minə bilər. Bu tarixlərdə Aİ-nin Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalı və tranziti ilə bağlı embarqosu da qüvvəyə minəcəkdir. Bundan başqa, hazırda ABŞ-da Rusiyadan neft, qaz və kömür alan xarici müəssisələrə qarşı ikinci dərəcəli sanksiyaları hazırlayırlar. Rusiyanın enerji və ərzaq böhranlarını təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri Qərb liderlərinə daha çox anti-Rusiya qərarları verməyə maneə törətmir.

Sanksiyaların genişlənməsi

Referendum xəbərinə Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünə dəstək bəyanatları və Rusiyaya qarşı yeni sanksiya hədələri ilə cavab verdilər. Planlaşdırılan sanksiyalar referendumun təşkilində birbaşa iştirak edən şəxslərə şamil olunacaq və Donbass regionunun maliyyələşməsini, onunla iqtisadi münasibətlərin qurulmasını qadağan edəcəkdir. Referendum xəbərinə Rusiyanın fond bazarı müharibə başlayandan bəri ən güclü çöküş ilə cavab verdi. Sentyabrın 20-də Moskva birjası 10,7%, RTS isə 10,5% geriləmə nümayiş etdirirdi. Sberbankın səhmləri 5,35%, Lukoylun 9%, Qazpromun 8%, Yandeksin 8,9%, Nornikel isə 2% dəyər itirdi. Eyni gündə Rusiyanın Aİİ üzrə müttəfiqi Ermənistan “Mir” kartlarının xidmətinə xitam verdi. Ermənistana qədər “Mir” kartlarından Türkiyənin nəhəng bankları və Qazaxıstan imtina etmişdi.

Cəbhədə itkilərin hissolunan səviyyəyə çatması

Referendumun ardınca Rusiya ölkə üzrə qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik sentyabrda elan olunsa da, ona hazırlıq may ayından gedirdi. Hərbi komissarlıqlar ehtiyatda olan hərbçiləri “hərbi qeydiyyat”, “yaşayış yerinin və qeydiyyat yerinin təsdiqi” və ya “səfərbərlik əmrinin çatdırılması” səbəbləri ilə toplayırdılar. Müdafiə naziri S. Şoyquya əsasən, 300 min nəfər çağırılacaqdır. Səfərbərliklə yanaşı, parlament fərarilik, səfərbərlikdən yayınma, düşmənə təslim olma maddələri üzrə nəzərdə tutulan cəzaları ağırlaşdırdı. Səfərbərlik elanından sonra Rusiyadan digər ölkələrə təyyarə biletləri tez bir zamanda satıldı. Digər tarixlərə olan biletlərin qiyməti isə bir neçə saat ərzində dəfələrlə artdı.

Nüvə çətirinin işə salınması

Rusiya müharibədə qələbə qazanmağın iki yolunu nəzərdən keçirir. Birinci yol səfərbərliyin elan edilməsi, ikinci yol isə işğal olunmuş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi. Ukrayna ordusunun gözlənilən hücumunu nəzərə alaraq Rusiya referendum keçirməklə “DNR”, “LNR”, Xerson və Zaporojye vilayətlərini nüvə çətirinin altına salmağı hədəfləyir. Nüvə silahının istifadəsinin mümkünlüyünü Putinin son çıxışında da qeyd etdi. Əsas məsələ bu zərbənin hardan endirilməsidir, çünki Qərbin cavab zərbəsi həmin əraziyə endiriləcəkdir.

Rusiya və Belarus prezidentlərinin görüşündə belə razılıq əldə olunmuşdur ki, Belarus ərazisinə nüvəbaşlıqlı raketlər yerləşdirilə bilər. Bunu nəzərə alan Minsk öz ərazisindən Ukraynaya taktiki nüvə zərbəsinin endirilməsinə icazə verməyəcəkdir. Lakin, Kreml Minskin etiraz və qadağalarına məhəl qoymayıb, zərbənin endirilməsi haqqında birtərəfli qərar da qəbul edə bilər.

Müharibənin bitməsini Rusiya ilə yanaşı Hindistan və Çin liderləri də istəyirlər. Eyni zamanda, ölkə daxilində hakimiyyətin dayanıqlığı üçün təhlükə mövcuddur. Elan olunan səfərbərlik Rusiyada hakimiyyətin mövqelərini zəyiflədə, elitalar arasında mərkəzdən qaçma tendensiyalarını sürətləndirə bilər.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Ən çox oxunanalar