Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri ilə görüşüb

İkitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub...

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.

Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Ən çox oxunanalar