Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib

Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə müvafiq qərar qəbul edəcək...

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

"Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə müvafiq qərar qəbul edəcək. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini də yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Həmçinin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, - nazir müavini vurğulayıb.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Ən çox oxunanalar