Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistan-Qırğızıstan savaşını hansı qüvvələr körükləyir?

Çinin qonşuluğunda baş verən münaqişə açıq müharibəyə çevrilə bilərmi?...

Son günlər Qırğızıstan və Tacikistan arasındakı yenidən alovlanmaqdadır. Sentyabrın 16-dan bəri döyüşlər gah dayanıb, gah da yeni güclə vüsət alıb. Taciklər tanklardan istifadə edərək Qırğızıstanın Dostuk kəndini zəbt edib və bayraqlarını yerli məktəbin üzərinə sancıblar. Batken isə "Smerç" raket sistemləri tərəfindən hücuma məruz qalıb, hava limanı və hərbi komissarlığın binası vurulub. Sosial şəbəkələrdə taciklər tərəfindən ələ keçirilən qırğızların zirehli “Tiger” avtomobilinin videosu da yayılıb.

Qırğızlar isə taciklərə cavab olaraq Lyakkan və Boqdari sərhəd məntəqələrini atəşə tuturblar. Düşənbə güc strukturlarını kazarma mövqeyinə keçirib, ehtiyatlar sərhədə gətirilir.

Batken bölgəsindən qaçqın axını var, məktəblilər top atəşinin altından çıxarılır, əhali təxliyə edilir. Yerli sürücülər avtomobil yollarında əllərində "Ev var" lovhələri ilə həmyerlilərinə məskunlaşmaqda kömək etməyə çalışırlar. Qırğızıstanın Oş vilayətinin Çon-Alay rayonundan təxliyyə başlayıb. “Qızıl Aypara” Cəmiyyətinin Batken bölməsinin məlumatına görə, 18 mindən çox vətəndaş təxliyyə edilib, prezidentin Batkendəki nümayəndəsi Marufxan Tulaev isə 120 min nəfərin təhlükəsiz əraziyə köçürüldüyünü bildirib.

Bildirilir ki, atışmalar və partlayışlar altında da olsa, danışıqlar dayanmır. Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi bəyan edib ki, Tacikistan Qırğızıstana qarşı hibrid müharibənin bütün üsullarından istifadə edir və tacik hərbçiləri infrastrukturu, məktəbləri, uşaq bağçalarını, mağazaları, təcili tibbi yardım məntəqələrini, evləri və s. məhv edirlər.

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi sərhədin hər iki tərəfinin ictimaiyyətini dəfələrlə vəziyyəti ayıq şəkildə qiymətləndirməyə və obyektiv qiymət verməyə çağırıb, iki qonşu xalq arasında nifaq və çaşqınlıq toxumu səpənləri pisləyib. Eyni zamanda, Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi Qırğızıstan tərəfini mülki obyektlərə hücum etmək üçün helikopter və PUA-lardan istifadə etməkdə ittiham edir. Hərçənd, hücuma məruz qalan tərəf kimi Qırğızıstanın özünü müdafiə etməsi tam haqqıdır.

Qardaş Qırğızıstanın prezidenti Sadır Cəfərov sentyabrın 16-da axşam saatlarında Səmərqənddə keçirilən ŞƏT sammitini tərk edib və vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasını Bişkekdə toplayıb. Hələlik hərbi vəziyyətin tətbiqi məsələsi hələ müzakirə olunmayıb.

Bu vaxta qədər Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Saymumin Yatimov və Kamçıbek Taşiyevin başçılıq etdiyi nümayəndə heyətləri Tacikistan-Özbəkistan sərhədindəki Ravad keçid məntəqəsində görüş zamanı atəşkəs haqda razılığa gəliblər. Lakin bir müddət sonra döyüş yenidən başlayıb. Taciklər Aksay kəndinin yarısını dağıdıb və zəbt ediblər. Bişkek Türkiyə hökuməti tərəfindən tikilmiş sip-panel evlərin yandırıldığını açıqlayıb.

İnternetdə Tacikistan hərbçiləri tərəfindən "İnternasional" kəndində mağazaların qarət edilməsinin videosu yayılıb. Moskvanın da münaqişəni durdurmaq cəhdləri fayda vermir. Üstəlik, münaqişənin üçüncü tərəfi, yaxud iştirakçısı kimi sentyabrın 16-na qədər Tacikistan tərəfdən hücuma keçən, nişansız formada olan saqqallı silahlılar da peyda olub. Axşama yaxın "saqqallı üçüncü qüvvələr" bütün gizləndikləri yerlərdən çıxıblar. “Bir Duyno Qırğızıstan” hüquq müdafiə hərəkatı və “Dünyanı Dəyişən İnsanlar” şəbəkəsinin tərəfdaşları beynəlxalq ictimaiyyətə - BMT, ATƏT, Aİ-yə Tacikistanın hərbi təcavüzünün dayandırılmasına kömək istəyi ilə müraciət ediblər. Sonra koordinasiya qrupunun həmsədri, BMT-nin Qırğızıstandakı koordinatoru Antje Qraven “beynəlxalq təşkilatlar qrupunun insidentin nəticələrini təhlil etmək üçün münaqişə yerinə getməyə” hazır olduğunu bildirib.

Kiyevdə metroda qəfildən Tacikistanın hərbi təcavüzü və Tacikistan hərbçilərinin mülki əhalidən canlı qalxan kimi istifadə etməsi vurğuları ilə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı xəbərlər yayınlamağa başlayıb. Gecə saatlarında dinc əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı ağır silahlardan istifadə edilməklə təcavüz Türk Dövlətləri Təşkilatı tərəfindən pislənilib.

Tacikistanın Qırğızıstana səbəbsiz hücum cəsarətinin nədən qaynaqlandığı, qonşusuna təcavüzün ilham qaynağının nə olduğu sual doğurur. Tacikistanın "qəfil cəsarəti"nin səbəbi nədir?

Tərəflər arasında münaqişənin əsas səbəbi kimi torpaq məsələsi üzə çıxır, belə ki, bu problemin kökü sovet hakimiyyətinin Fərqanə vadisində Özbəkistanın şərqini, Qırğızıstanın cənubunu, Tacikistanın şimalını bir-birinə qarışdıraraq süni yaratdığı problemə gedir və ayrıca, burada su qıtlığı yaşanmaqdadır. Su ehtiyatlarına çıxış effektiv tənzimlənmir. Tacikistan-Qırğızıstan sərhədindən 40-a yaxın suvarma kanalı keçir. Bu kanalların bəziləri Qırğızıstandan Tacikistana, bəziləri isə əks istiqamətdə işləyir. İsti aylarda kanalın mənbəyində çayın kənarında yaşayan camaat sudan daha çox istifadə etdiyindən ağıza daha az su axır. Bu, tərəflər arasında mübahisəyə səbəb olur. Bundan əlavə, bəzən yerli tacik və qırğız icmaları arasında başqa səbəblərdən fikir ayrılığı yarandıqda, rəqibdən qisas almaq istəyən camaat qarşı tərəfin suya çıxışına mane olur. Bu, münaqişənin miqyasının artmasına gətirib çıxarır. Beləliklə problemi sovet hakimiyyəti ərsəyə gətirib. Eləcə də Tacikistan və Qırğızıstan hərbçiləri arasında sərhəd münaqişələri SSRİ-nin dağılmasından sonra demək olar ki, müntəzəm olaraq baş verib. Hər iki ölkə 971 kilometrdən çox ortaq sərhədi bölüşür, lakin onun yalnız yarısı tam demarkasiya olunub. Yəni 471 km sərhəd xətti mübahisəlidir və münaqişə mübahisəli ərazilərə aiddir: münaqişələr otlaq əraziləri və su ilə bağlıdır. Münaqişənin əsas səbəblərindən biri sərhədin özüdür. Konkret desək iki ölkənin Batken və Soqd bölgələri-Fərqanə vadisi bölgəsidir.

Amma məsələ bununla bitmir. Belə ki, 2022-ci ilin 10 avqustuna olan xəbərə görə, “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri H.Xasilov Qırğızıstan və Əfqanıstanın dəmir yollarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirərək, "Çin-Qırğızıstan-Özbəkistan-Əfqanıstan” yeni dəhlizinin yaradılması və Əfqanıstanın da bu dəhlizə qoşulması məsələsini müzakirə ediblər. İclasda “Qırğızıstan Dəmir Yolu” NK Dövlət Müəssisəsinin baş direktoru A.Sakiyev, Əfqanıstan Dəmir Yollarının baş direktoru Bəxt ül-Rəhman Şərafat, Çinin “Vahan Dəhlizi” logistika şirkətinin baş direktoru, Çindən olan nümayəndə M. Mao və Əfqanıstan nümayəndəsi Zabiullah da iştirak edərək, bu dəhlizin əhəmiyyətini qeyd ediblər.

Bu dəhliz üzrə yüklərin avtomobil yolu ilə Çinin Kaşqar vağzalından Qırğızıstanın Oş dəmir yolu stansiyasına, Oş stansiyasından Əfqanıstanın Hayraton stansiyasına isə dəmir yolu ilə daşınması planlaşdırılıb. Bu günə qədər illik yükdaşıma həcmi 3500 konteyner təşkil edir və gələcəkdə ildə 60 min konteynerə qədər daşınması nəzərdə tutulur.

Bu layihə Orta Asiya ölkələrini Əfqanıstan vasitəsilə açıq dənizə birləşdirə biləcək və Əfqanıstandan İran və Pakistana iki filialının olması planlaşdırılır. Dəhlizin İrandan keçən hissəsinə Özbəkistan-Əfqanıstan-İran (Bəndər Abbas və Çabahar limanları) vasitəsilə Fars körfəzinə çıxış daxildir. Tirmiz-Məzari-Şərif-Kabil-Peşəvər dəmir yolu xətti kimi tanınan layihə Pakistanın Qvadar limanına aparır və bununla da Hind okeanına çatır. Xüsusilə Pakistandan keçəcək dəhliz Mərkəzi Asiyanın digər ölkələrini ən qısa yolla dənizə çıxarmaq üçün nəzərdə tutulub. Bundan əlavə, bu layihələrin köməyi ilə Mərkəzi Asiya ölkələrinin tranzit potensialının artırılması və region ölkələrinin iqtisadi inkişafının təmin edilməsi və inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur. Beləliklə, layihənin regional sabitliyə töhfə verəcəyi gözlənilir. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və nəqliyyat xərclərinin azaldılması üçün böyük səylər göstərirlər.

Əfqanıstan Cənubi Asiya, Mərkəzi Asiya, Çin və Yaxın Şərq arasında yerləşdiyinə görə geostrateji mövqeyə malikdir və yuxarıda göstərilən regionlar arasında əlaqəni təmin edir. Bu səbəbdən, bütün əməkdaşlıq proseslərində məhz Əfqanıstan ön plana çıxır. Bundan başqa, Əfqanıstan üzərindən şimal-cənub rabitəsini təmin edən digər ölkə Özbəkistandır. Əfqanıstan və Özbəkistanın coğrafi baxımdan əlverişli mövqeyinə görə belə qənaətə gəlmək olar ki, onların müxtəlif regionlar və qitələr arasında nəqliyyat dəhlizi yaratmaq və inkişaf etdirmək imkanları var.

Bu layihələrin Mərkəzi Asiyaya gətirəcəyi faydaları nəzərə alsaq, ilk növbədə okeanlara çıxış baxımından mühüm imkanın əldə ediləcəyini iddia etmək olar. Bu, digər bazarlara çıxış üçün əsas maneəni aradan qaldıracaq. Bundan əlavə, Pakistanla planlaşdırılan dəhliz vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Asiya arasında fəal əlaqə qurulacaq və regionlararası ticarət və qarşılıqlı əlaqə artacaq.

Beləliklə, Tacikistanın qardaş Qırğızıstana təcavüzünün üzərinə "gün düşür". Sözsüz ki, Mərkəzi Asiyada iqtisadi və əlbəttə ki, məntiqi olaraq siyasi təsiri güclənməyə başlayan Çin bölgəni ona bağlayan "Çin-Qırğızıstan-Özbəkistan-Əfqanıstan” dəhlizinin, ardınca da onun TransƏfqan dəhlizinə çevrilməsinin lehinədir. Hətta buna xeyir-dua da verib. Maraqlı sual doğru-bəs niyə indi Qırğızıstana hücum oldu? Xatırlayırsınızsa, bu yaxınlarda Özbəkistanda Qaraqalpaqstan çaxnaşmaları baş vermişdi və əlbəttə ki, bu çaxnaşmanın da səbəbi iqtisadi idi - eyni "Çin-Qırğızıstan-Özbəkistan-Əfqanıstan” və TransƏfqan dəhlizi kimi.

Bu dəfə Qırğızıstanda Tacikistan tərəfindən tətiklənən alovlanma ŞƏT sammiti ilə üst-üstə düşdü. Yəqin ki, bu alovlanmanın sammitin ab-havasını pozması və onun işinə kölgə salması nəzərdə tutulub. Qərbin bir qlobal güc kimi zəifləməsi fonunda ŞƏT irəli çıxır və mühüm əhəmiyyət kəsb etməyə başlayır. Ticarət, qarşılıqlı faydalı əməkdaşlıq, Qərb dövlətlərindən asılılığın azaldılması, kollektiv təhlükəsizlik məsələlərinin müzakirəsi - bu, gələcəkdə təşkilatı ənənəvi geosiyasi blokların alternativinə çevirə bilər.

İkitərəfli danışıqlar şansı tükənərsə məsələnin real həlli üçün Mərkəzi Asiyada sabitlikdə maraqlı olan üçüncü tərəfin simasında qarant lazımdır ki, bu da sadəcə “Şanxay Təşkilatı” ola bilər. Hərçənd KTMT-nin sülh missiyası barədə də danışılır, amma KTMT reputasiyasını itirib və qarant ola bilməz. Hər iki dövlətin tərəfdaşı olan Rusiya ilə Çin bu qarşıdurmada maraqlı deyil. Deməli, şübhə kimin üzərinə düşür - Qərbin, daha dəqiqi ABŞ-ın üzərinə. İlk növbədə ABŞ və Böyük Britaniya Rusiyanı Mərkəzi Asiyadan ayırmaq və Çinin regionda iqtisadi təsirini zəiflətmək məqsədini açıq şəkildə ortaya qoyurlar. Ona görə də "kimlərsə" Səmərqənd sammiti ərəfəsində "münaqişə təşəbbüsü ilə çıxış edib".

Şübhəsiz ki, Qırğızıstan "Çin-Qırğızıstan-Özbəkistan-Əfqanıstan” layihəsinin açar ölkəsi, həm də Çinin qonşusu olduğu üçün bəzi bədniyyətlərin hədəfinə tuş gəlib. Çini hədəfə alan güclər onun qonşu ölkələrini qarşıdurmalar üçün platsdarma çevrimək niyyətinə düşə bilərlər.

Əfqanıstanda baş verənləri, ABŞ ilə Tacikistanın birgə təlimlərini və bu hadisələrin Mərkəzi Asiyadakı vəziyyət üçün əhəmiyyətini nəzərə alsaq, mübarizənin hansı üsulla aparılacağından müəyyən nəticələr çıxarmaq olar. Çin sərhədləri yaxınlığında lokal münaqişələrin qızışdırılması isə vəziyyətin sabitliyini pozmaq üçün ümumi planın yalnız bir hissəsidir. Qafqaz və Mərkəzi Asiya regionu isə sadəcə "alver predmetidir".

Biz əlbəttə ki, Türk Dövlətləri Təşkilatının üzv dövləti olaraq Qırğızıstana qarşı baş verən təcavüzdən narahatıq və məsələnin dinc yolla ərazilərin demarkasiyası yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunmasını istəyirik. Biz haqsız yerə təcavüzə, haqsızlığa uğramanın nə olduğuna bələdik və ürəyimiz qardaş qırğız xalqının, qardaş Qırğızıstanın yanındadır. Mərkəzi Asiyanın gözlənilən hibrid müharibələrdən, hansısa şər qüvvələrinmüharibə meydanına çevrilməsindən sığortalanması üçün Türk Dövlətləri Təşkilatının digər sferaları ilə hərbi sferasının, daha dəqiq desək ordusunun formalaşdırılması zəruridir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar