Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qismən səfərbərlik elanından sonra rusiyalılar ölkədən qaçır: Bakıya bilet qurtarıb

Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur...

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib.

Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur.

Saytlardan belə aydın olur ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.

Xidmətlərdən birinin məlumatına görə, hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti 74,5 min rubl (təxminən 2 092 manat - red.) təşkil edir. Uçuş “Aeroflot” tərəfindən həyata keçirilir.

Azərbaycan Hava Yolları”nda isə (Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə) sentyabrın 22-nə 719 avroya (1214 manat), 24-dən isə 394 avroya (665 manat) biletlər var.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar