Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirir  

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin yenidən üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhəddini pozaraq genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etmiş oldu. Ermənistan növbəti dəfə bu təxribatı törətməklə revanşist niyyətindən hələ də kənarlaşa bilmədiyini bir daha göstərmiş oldu. Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyəti arasında itkilərin – şəhidlərin olması, hərbi infrastruktura vurulan zərbə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin həyatının təhlükə qarşısında olmasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu bildirib. Buna
görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə
düşdüyünü qeyd edib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən necə yerinə yetirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması və bu kimi aktual məsələlər bu gün dünyanın diqqət mərkəzindədir. Bu gün regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı bölgədə dayanıqlı sülhün yaranması və iqtisadiyyatın şaxələndirilməsinə öz müsbət töhfələrini verəcəkdir.
Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.

Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik hava dəhlizinə çevrilməsi üçün real imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları təqdim edilərkən bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-
Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə
düşməsinə sanballı töhfələr verib.

İldə 15 milyon ton yükaşırma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən əsas həlqədir. 2022-ci ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən transit yüklərinin 50 faizə yaxın artması ölkəmizin təhlükəsiz və etibarlı tərəfdaş rolunun gücləndiyini göstərir. Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malik olan Azərbaycan dəniz ticarətində başlıca rol oynayır.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər isə ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq.

Azərbaycanın mövqeyi konkret və dəyişməzdir. Göründüyü kimi beynəlxalq təşkilatlar – BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu Qarabağ məsələsində səmərəli fəaliyyətə imza ata bilməyib. Əks təqdirdə münaqişə 30 ilə yaxın həlledilməz qalmazdı. Beynəlxalq hüququn və tarixi ədalətin bərpası Azərbaycanın öz iradəsi, hərbi-siyasi gücü hesabına baş verib və bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz. Azərbaycan sülhpərvər missiyası, tolerantlığı, güclü milli ruha sahibliyi, iqtisadi potensialı ilə öz nüfuzunu dünyada möhkəmlədib və möhkəmlətməkdə davam edir.

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal
təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz
sahibi olan ölkələrdən biridir.

2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.

Elmar Abbasov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

pia.az


Etiket: Azərbaycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar