Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı yazıçıdan Azərbaycana dəstək

Ukraynalı yazıçı: “Ədalət seçici ola bilməz”...

Məşhur ukraynalı yazıçı və ədəbiyyatşünas Dmitri Stus AzərbaycanErmənistan arasında son günlər yaranmış gərginliklə bağlı fikirlərini bölüşüb.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov məlumat verib.

Ukraynalı yazıçı Azərbaycanın işğal dövründə dünya birliyinin ədalətsizliyi ilə üz-üzə qaldığını bildirib:

"Azərbaycanla Ermənistan arasında qanlı münaqişə 30 ildən artıqdır ki, davam edir. Ermənistan vaxtilə Rusiyanın dəstəyi ilə Qarabağı işğal edəndə, bir müsəlman ölkəsinin çox əlverişsiz vəziyyətdə olduğu bir şəraitdə tərəfləri "dinc" danışıqlara çağıran dünya sanki buna önəm vermirdi. Həmçinin, bir neçə il əvvəl müsəlmanların ziyarətgahını - Hələbi yer üzündən silən rus hərbçilərinin əməlləri ümumi qınaqla qarşılanmamışdı. Bu isə ağrılı və ədalətsizdir, çünki vaxtilə Hələbdə baş verənlər - əhalinin və ziyarətgahların məhv edilməsi bu gün Ukraynada təkrarlanır. Xoşbəxtlikdən dünya Ukraynadakı faciəmizin fərqinə vardı.

Düşünürəm ki, Hələb faciəsinin qarşısı 2016-cı ilin noyabrında alınsaydı, bəlkə də heç kim Ukraynada oxşar ssenarini təkrarlamaq istəməzdi. Ona görə də bu gün Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası çox vacibdir. Çünki ədalət seçici ola bilməz: ya var, ya da yoxdur. Mən siyasətçi və ya siyasi şərhçi deyiləm, amma Şərqi çox sevirəm və müsəlman mədəniyyəti mənə yaxındır. Ellin mədəni irsinin önəmli bir hissəsini dünya üçün qoruyanların müsəlmanlar olduğunu xatırlamağın vaxtı gələ bilər.

Müharibəyə başlamamaq onu bitirməkdən asandır. İndi bunu başa çatdırmaq lazımdır, çünki uşaqlar ölür, qadınlar ölür, ziyarətgahlar dağıdılır. Hamımız anlayışdan və insanlıqdan uzaqlaşırıq. Müharibənin sonu olacaq, ancaq sülh müqavilələri qanuna və ədalətə əsaslananda dünya yaxşılaşacaq".

pia.az

 


Etiket: Dmitri Stus


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir?

Ən çox oxunanalar