Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatı: “Rusiya Krımdan sualtı qayıqlarını geri çəkdi”

Sualtı gəmilər Rusiyanın cənubunda, Krasnodar diyarındakı Novorossiyskə yerləşdirilib...

Rusiya Qara Dəniz Donanması Komandanlığı sualtı qayıqlarını Krımdakı Sevastopol limanından geri çəkib.

Sualtı gəmilər Rusiyanın cənubunda, Krasnodar diyarındakı Novorossiyskə yerləşdirilib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu qərar, çox güman, yerli təhlükəsizlik səviyyəsinin dəyişməsi ilə bağlıdır. Belə ki, Ukraynanın uzaqmənzilli zərbə imkanlarının güclənməsi belə bir addımın atılmasına səbəb ola bilər. Son iki ayda donanmanın qərargahı və onun əsas dəniz aviasiya aerodromu hücuma məruz qalıb.

“Qara dəniz donanmasının Krımda bazasının yerləşdirilməsi, yəqin ki, Rusiya Prezidenti Vladimir Putini 2014-cü ildə yarımadanı ilhaq etməyə vadar edən səbəblərdən biri olub. Hazırda Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda bazanın təhlükəsizliyi tamamilə pozulub”, - deyə Britaniya Müdafiə Nazirliyi qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar