Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqaz böyük güclərin nüfuz mübarizəsi meydanına çevrilir

Pelosinin İrəvan səfəri...

ABŞ Konqresinin aşağı palatası - Nümayəndələr Məclisinin spikeri Nensi Pelosinin bu gün Ermənistana 3 günlük səfər edir.

Xatırlayırsınızsa, iyulun ortalarında ABŞ kəşfiyyatı CIA-nin direktoru Bill Burns da Ermənistana səfər etmişdi. Yəni, son 2 ayda ABŞ-dan Ermənistana iki yüksəksəviyyəli səfər olub.

Ümumiyyətlə, Bayden Administrasiyası dövründə həm Burns, həm də Pelosinin xarici siyasətdə aktiv rol oynadığını görürük. CIA və Nümayəndələr Palatasının xarici siyasətdə görünürlüyünü artırması ABŞ daxilində müxtəlif mübahisələr də yaradır.

CIA şefi tapşırıqları birbaşa prezidentdən alsa da, Pelosinin tam müstəqil hərəkət etmək imkanları var. Bi ay əvvəl Bayden Administrasiyasının narazılığına baxmayaraq qalmaqallı Tayvan səfərini həyata keçirərək dünya gündəminə çevrilən Pelosinin Ermənistana səfərinin məqsədinin rəhbərlik etdiyi Nümayəndələr Məclisinin xarici siyasətdə təsirlərini artırmağa hesablana biləcəyini də vurğulamaq olar.

Digər versiya seçkilərlə bağlıdır. Məlum olduğu kimi, Ermənistan məsələsi erməni lobbisinin dəstəyini qazana bilmək üçün Fransa və ABŞ başda olmaqla, bir sıra Qərb ölkələrində seçki kampaniyaları ərəfəsində istifadə olunur. Noyabrda ABŞ-da Nümayəndələr Məslisinə ara seçkilər keçiriləcəyini nəzərə alsaq, Pelosinin Ermənistana səfərinin motivasiyanı seçkilərlə də əlaqələndirənlər var. Lakin bu iki versiyadan daha çox, məsələnin ardıcıl geosiyasi arxaplanı önəmlidir.

Burada iki geosiyasi amili vurğulamaq olar. Birincisi, Rusiyanın 17 dekabrda diplomatik olaraq ortaya atdığı, sonrasında müharibə ilə əldə etməyə çalışdığı nüfuz dairəsi bölgüsü iddiasına qarşı ABŞ-ın əks-cavabı ola bilər. Ermənistan Rusiyanın öz nüfuz bölgəsi kimi iddia etdiyi Cənubi Qafqazda rusların başlıca hərbi dayaq nöqtəsi sayılır və Paşinyanın burada hakimiyyətdə olması Vaşinqtonun Moskvaya qarşı oyun oynamasına zəmin verir. Ən əsası, Ermənistanın həll olunmamış və qaynar münaqişəyə tərəf olması ABŞ-ın regiondakı güc balansına sürətlə daxil olmasına imkan yaradır.

İkincisi, ABŞ Ermənistana diqqətini artırmaqla Türkiyənin Rusiya ilə yaxınlaşmasına cavab da verə bilər. Eyni zamanda, bu, Türkiyənin Ermənistanla normallaşıb, İrəvanı öz tərəfinə çəkməsinə imkan verməməyə hesablana bilər.

Şəxsi fikrimcə, Pelosinin səfəri daha çox geosiyasi məsələlərə hesablıdır. Burns və Pelosinin ardıcıl səfərləri təsadüfi deyil və ABŞ-ın regionla bağlı xarici siyasətinin dəyişdiyini göstərir. Əgər bu ehtimal doğrudursa, yəni, Cənubi Qafqaz yavaş-yavaş böyük güclərin nüfuz mübarizəsi meydanına çevrilirsə, onda regionumuzdakı çalxantılı proseslərin hələ bir müddət davam etməsinə şahidlik edə bilərik.

"Şərqə Baxış" Analitik Mərkəzi

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Ən çox oxunanalar