Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya, ABŞ və Fransa niyə Ermənistana kömək edə bilməzlər? - Türkiyəli siyasətçi

Paşinyan ona dəstək göstərirmiş kimi davranıb, əslində, onu təhrik edənlərə güvənməməlidir...

“Fransa Prezidenti Emmanuel Makron heç vaxt Ermənistanın baş naziri Nikol Paşinyana kömək edə bilməz. Sadəcə, mətbuat konfransı keçirə bilər. Axı kömək etməyə çalışsa, nə edəcək, silah göndərəcək? Belə bir niyyəti olsa, onu necə edəcək? Türkiyə, Rusiya üzərindən göndərə bilməz, Qara dənizə girməsi mümkünsüzdür. İranla da araları yaxşı deyil, yəni körfəzdən də silah keçirməsi mümkün olmayacaq”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Yıldız Texniki Universitetinin (YTU) idarəetmə və təşkilatçılıq bölümünün rəhbəri Cemal Zehir deyib. Politoloq bildirib ki, Ermənistan xarici təşkilatlara və dövlətlərə müraciət edərək günahı üzərindən atmağa çalışır:

- Nikol Paşinyan Ermənistan təxribatı ilə başlayan bu toqquşmada sanki heç günahları yoxmuş kimi Rusiya və Fransa prezidentləri, ABŞ xarici işlər naziri ilə danışaraq Azərbaycanın atəşkəsi pozduğunu iddia etdi. Halbuki təxribatı Ermənistan törədib və nəticədə qəhrəman Azərbaycan əsgərlərindən 50 nəfər ilk gün şəhid olub. Sonra verilən açıqlamaya görə, Azərbaycanın 71 şəhidi var. Ermənistan isə 135 erməni əsgərin öldürüldüyünü bildirib. Amma bu say daha çox ola bilər.

- Ermənistanın cəbhədə gərginlik yaratması nəyə hesablanıb?

- Azərbaycanın sülh müqaviləsi təklifinə rəğmən, Ermənistanın münaqişəni seçməsi onun lehinə heç bir nəticə verməyəcək. Çünki Azərbaycan Ordusu Ermənistanla təkbaşına savaşacaq gücdədir. Sülh təkliflərinə Ermənistanın səssiz qalmasının əsas səbəbi isə ölkə daxilində sabitliyin olmamasıdır. Ermənistan ordusunun bir qolu ilə baş nazir Nikol Paşinyan arasında fikir ayrılığı var. Ordu tərkibində Ermənistan müxalifəti ilə əməkdaşlıq içərisində olanların mövcudluğundan da hər kəs xəbərdardır. Bildirməliyəm ki, Azərbaycan torpaqlarına hücum edənlər arasında beynəlxalq diasporların muzdlu terrorçuları da var. Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəməyənlər bu tip əməllərini davam etdirirlər.

- Daxildə sabitlik olmadığını dediniz. Bildiyiniz kimi, Nikol Paşinyanın parlamentdəki çıxışından sonra İrəvanda etiraz aksiyası keçirildi. Etirazçıların Paşinyanı devirməsi kimi bir ehtimal varmı?

- Bu gün Ermənistanda etiraz aksiyaları keçirilə bilər. Ancaq İkinci Qarabağ müharibəsindən sonra da bunlara şahid olduq. Savaşda Ermənistanın məğlub olmasına, ordunun böyük hissəsinin yox edilməsinə rəğmən, etirazçıların Paşinyanı devirməsi mümkün olmadı. Çünki Ermənistan xalqı Paşinyanın arxasında durdu. Hazırda da Ermənistandakı müxalif qüvvələr Paşinyanı devirəcək gücdə deyillər. Əgər belə bir şey baş verərsə, bilməlidirlər ki, Ermənistanı xaos gözləyir. Ermənistan hər təxribatının sonunda hüsran yaşayacaq.

- Paşinyanın reallıqları görüb öhdəliklərini icra edəcəyini düşünürsünüzmü? Proses necə yekunlaşacaq?

- Paşinyan ona dəstək göstərirmiş kimi davranıb, əslində, onu təhrik edənlərə güvənməməlidir. Çünki onlara heç vaxt heç bir yerdən silah və ordu yardımı göstərilə bilməz. Paşinyanın etməli olduğu şey müxalifəti susdurmaq və 10 noyabrda imzalanan bəyanatın şərtlərinə əməl etməkdir. Onsuz da, Paşinyana Rusiya Prezidenti Vladimir Putin dəstək göstərməyib, “Sən hücum edən tərəfsən”, - deyib. Ona görə də Müstəqil Dövlətlər Birliyindən istədiyi dəstəyi də ala bilmədi.

Böyük dövlət adamı Heydər Əliyev heç vaxt ermənilərə imkan vermədiyi kimi, oğlu Prezident İlham Əliyev də belə edəcək. İlham Əliyev təcrübəsini, diplomatik bacarığını İkinci Qarabağ müharibəsində göstərdi və yenə göstərəcək. İlham Əliyev həmişə ilk olaraq sülh masası təklif edib, çünki o, diplomatiya təhsili alıb. Amma əgər Azərbaycanın tarixi haqlarını sülh masasında vermirlərsə, iti qovan kimi erməni silahlı birləşmələrini qovacağına heç kimin şübhəsi olmasın.

pia.az


Etiket: Cemal Zehir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar