Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Şimaldan və Qərbdən gələn təzyiqlər arasında tərəddüdlər edir”

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda səfərdədir...

Sentyabrın 13-də Prezident İlham Əliyevlə görüşdən sonra mətbuat konfransını keşirən F.Riker bildirib ki, görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular – energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik üzrə danışıqlar aparılıb.

O, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab etdiyini qeyd edib.

Ötən həftə isə Azərbaycana Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev da Bakıya səfər etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin məluatına görə, tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında, o cümlədən AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

ABŞRusiyanın rəsmi şəxslərin Azərbaycana ardıcıl səfərləri artıq bir neçə aydır davam edir və Rusiya-Ukrayna müharibəsi başlayandan daha intensiv xarakter almağa başlayıb.

Bəzi ekspertlərin fikrincə, bu iki ölkə arasında Qafqaz regionu, o cümlədən Azərbaycan uğrunda «soyuq müharibə»ni aparır.

Sentyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçar Avropa İttifaqını Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə müdaxilə etməyə çalışığında ittiham edib. O, qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı aparılan sanksiya kampaniyası fonunda Qafqazda aktivləşib.

ABŞ Dövlət katibi Entoni Blinken isə ABŞ-ın Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün AzərbaycanErmənistan arasında münaqişəni «qarışdırmağa» cəhd edə biləcəyindən narahat olduğunu bildirib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, hazırda mürəkkəb bir tarixi mərhələsidir və bu mərhələdə yeni beynəlxalq münasibətlər sistemi qurulur. «Bu, yeni yaranacaq və XXI əsrin keyfiyyətini təyin edəcək beynəlxalq münasibətlər sistemi müxtəlif iddialı güc mərkəzləri arasında rəqabət yaradıb. Yəni, bu rəqabət prosesində iştirak edən iki tərəf – Rusiya və Amerika Birləşmiş Ştatlarıdır».

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz olduqca strateji bir regiondur. «Cənubi Qafqazda söz sahibi olmaqla Yaxın Şərqə və eyni zamanda Qərbə açılan qapıya sahiblik edirsən».

Deputat qeyd edib ki, bu mənada bütün göstəricilərə görə, Cənubi Qafqazın əsas ölkəsi Azərbaycandır. «Ona görə də, şübhəsiz ki, Azərbaycanda və Cənubi Qafqazda mümkün sülhlə bağlı tərəflər söz sahibi olmağa çalışır. Yəni, ABŞ-la Rusiya arasında geostrateji rəqabət mövcuddur».

Komitə sədr müavininin sözlərinə görə, Azərbaycan həmişə xarici siyasətinin paradiqmalarından biri kimi müəyyənləşdirib ki, Azərbaycanın əməkdaşlıq məkanıdır. «Azərbaycan bu vaxta qədərki xarici siyasətində buna sadiq qaldığını və qalmağa bacardığını nümayiş etdirə bilib. İndiki mərhələdə də Azərbaycan milli maraqlara söykənən bu tarazlaşdırılmış xarici siyasət məqsədlərinə sadiqdir. Ona görə də hər iki tərəfin maraqlarını uzlaşdıraraq öz milli maraqlarını təmin etməyə çalışır».

H.Babaoğlu vurğulayıb ki, son günlərdə Ermənistanın etdiyi təxribatının arxasında onun müstəqil siyasi iradə nümayiş etdirə bilməməsi dayanır. «Hansı tərəfdən ona nə vəd verilirsə, Ermənistan dərhal o tərəfə meyllənir və kiminsə geostrateji alətinə çevrilir. Təxribatların böyük hissəsi burdan qaynaqlanır. Eyni zamanda, postmüharibə dövrünün ikinci ili yekunlaşır və bu müddət ərzində sülhün əldə olunmamasının səbəbi məhz budur. Ermənistan Şimaldan və Qərbdən gələn təzyiqlər arasında tərəddüdlər edir».

Onun fikrincə, kimin regionda hansı iddiada olmasına baxmayaraq Azərbaycanın öz müstəqil mövqeyi var və Azərbaycan öz maraqlarını və beynəlxalq hüququna uyğun sülhü təmin etməyə bacaracaq. «Bunun üçün onun həm siyasi iradəsi, həm güclü ordusu var».

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, kollektiv Qərblə Rusiya arasında Qafqaz bölgəsində rəqabət var. «Xüsusən Ukraynada müharibə başlayandan sonra kollektiv Qərblə Rusiya arasında dünyanın istənilən nöqtəsində rəqabət yaranıb. Ukrayna müharibəsindən sonra postsovet məkanından və ilk növbədə Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesi olacaq».

Siyasi şərhçinin sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya tərəfindədir. «Düşünürəm ki, İlham Əliyevlə Nikol Paşinyan arasında müəyyən anlaşmalar da var, hansılar ki, 44 günlük müharibədən əvvəl də, sonra da olub. Yəni, İlham Əliyev tam Rusiyanın vektorundadır, oradan çıxmayıb və bu məsələdə onların maraqları uzlaşır. Çünki Rusiya istəməsəydi, nə bu gərginlik, nə də müharibə olardı. Yəni, bu Rusiyanın istəyi ilə baş verir ki, Ermənistanla Azərbaycan arasında nəbadə hansısa şəkildə bir danışıqlar uğurla başa çatar, sülh yaranar».

Politoloq hesab edir ki, Ermənistan hazırda regionda «oyun kənarındadır». «İndi Ermənistan hətta çıxıb bəyan etsə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu o demək deyil ki, həmən Dağlıq Qarabağdan Rusiya çıxacaq. Çünki prosesi Rusiya idarə edir. Azərbaycanda demokratik hökümət olsaydı, həm Rusiya ilə danışıqlar başqa istiqamətdə aparılardı, o cümlədən də Ermənistanla danışıqları daha da dərinləşdirib, Türkiyəni bu prosesə qatıb Brüsselin moderatorluğu ilə bu işi davam etmək olardı». (avtoday.az)

pia.az 


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar