Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

Yüksək nəticə göstərən məzunlara Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim edilib...

Sentyabrın 13-də Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində 600-dən yuxarı bal toplayıb ali məktəblərə daxil olan məzunlarla görüş keçirilib.

Görüşdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və 600-dən yuxarı bal toplayıb ali məktəblərə daxil olan məzunlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra mənalı və şərəfli ömrünü xalqımızın, müstəqil dövlətimizin hər tərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyevin və doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərib həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2021-2022-ci tədris ilini böyük uğurlarla başa vuran Şirvan şəhər təhsil işçilərini və 600-dən çox bal toplayıb ali məktəblərə daxil olaraq tələbə adı qazanan gəncləri təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər kimi yetişərək ixtisaslı kadr kimi müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında aktiv iştirak etmələrini arzulayıb. Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini vurğulayıb. 2021-2022-ci tədris ilinin də Şirvan şəhəri üçün uğurla yekunlaşdığını, yüksək nailiyyətlər əldə edildiyini qeyd edib. Bu il Şirvan şəhər ümüumtəhsil müəssisələrindən 276 nəfər məzunun müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazandığını, 22 nəfərin 600-700 arası, 21 nəfərin 500-600 arası bal topladığını diqqətə çatdırıb. Yüksək bal toplayan gənclərin ölkəmizi işıqlı gələcəyə aparan aydınlar olacağına əmin olduğunu bildirib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 2020-ci ilin sentyabrın 27-də başladığı 44 günlük Vətən müharibəsinin məhz gənclərimizin şücaəti, rəşadəti, mərdliyi, çevikliyi və cəsarəti sayəsində Tarixi Qələbə ilə başa çatdığını xatırladıb, vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri cənab Sənan Mənsimli 2021-2022-ci tədris ilində əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən, millət vəkili İltizam Yusifov son illərdə təhsil sahəsində qəbul edilən fərman və sərəncamlar, Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyasından bəhs ediblər.

Tədbirdə bu il şəhər ümumtəhsil məktəbləri üzrə ən yüksək bal toplayan 16 nömrəli tam orta məktəbin məzunu Əhməd Ağamalıyev, yüksək nəticə göstərən 9 nömrəli tam orta məktəbin məzunu Nəzrin Qəfərlinin atası Yalçın Qəfərov, 2021-2022-ci tədris ilində şəhər üzrə şagirdləri yüksək nəticələr əldə edən 1 nömrəli tam orta məktəbin direktoru Rəfiqə Rzayeva ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar.

Sonda yüksək nəticə göstərən məzunlara Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Qəribov Asif Səxavət oğlunun bacısı Qəribova Solmaz Səxavət qızı da bu il ən yüksək balla Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar