Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda dinc əhali ölməyib

Ermənistan Səhiyyə Nazirliyi dinc əhali arasında itkilər barədə məlumat almayıb...

Ermənistan Səhiyyə Nazirliyində Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində mülki əhali arasında itkilərin olması barədə məlumat yoxdur.

PİA.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“İndiyədək Ermənistan Respublikası vətəndaşları arasında itkilər barədə məlumat olmayıb”, - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan tərəfi guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi məlmatları təkzib edib.

Qeyd olunub ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib:

“Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı”.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Ən çox oxunanalar